Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bizimyol.info” üçün ekskluziv şerh…

26 Eylül 2016

6:36 am


26/09/2016 [10:34]: xeber –
23 sentyabr tarixdə “Bizimyol.info”da polisin fəaliyyətinə aid dərc olunan yazı ilə tanış oldum. Yazı həmin gün 20:42- də saytda yerləşdirilmiş və cəmi 320 dəfə baxılmışdı.Cinayətlərin bəzi növlərinin artımına “narahatlığını” ictimailəşdirmək istəyən sayt yazır; … 2016-cı ilin 6 ayı ərzində cinayətlərin qəsdən törədilən bəzi növləri statistikada artımla qeyd olunub. Sayt oğurluqlar, quldurluq və qarət faktlarının, dələduzluqların artmasına vətəndaş kimi acıyır. Yaxşı haldır. Lakin, yol nəqliyyat hadisələri və qəza nəticəsində öllənlərin sayı, qəsdən adam öldürmələr, zorlamalar, ictimai yerlərdə baş verən cinayətlər, həmçinin yeniyetmələrin törətdiyi ictimai təhlükəli əməlllərin azalmasına seyrçi mövqedə durur. Bunlar axı, profilaktikanın məhsuludur.Bütövlükdə cəmiyyət üçün kütləvi təhlükə və vahimə doğuran mütəşəkkil cinayətlərin dəhlizinin daralmasına, onun növləri üzrə həyata keçirilən əməliyyat tədbirlərinin səmərəsi barədə rəğbətini bildirməməsi məndə də narahatlıq doğurdu. Məsələn: 2016-cı ilin 6 ayı ərzində qeydə alınmış 14 251 cinayətlərin 84,4% açılması təmin edilmişdir. Bu ötən illə müqayisədə yüksəkdir. Və yaxud, cəmiyyətə hörmətsizliklə ifadə olunan xuliqanlıqların, yol nəqliyyat hadisələri nəticəsində ölənlərin sayının ötən dövrlə müqayisədə azalması, ictimai yerlərdə baş verən və yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin sayının azalması müsbət mənada diqqət çəkməməsi təəssüf doğurur.Quldurluq, dələduzluq, qarət faktları, oğurluqlar qeyd olunduğu kimi hesabat dövründə artmışdır. Bu qəbildən olan cinayətlərin artması cinayətlərin subyektlərinin cəmiyyətdə azğınlıqla davranmasının nəticəsidir. Belə insanlar ətrafında profilaktik tədbirlərin nə dərəcədə təsiri ola bilər.Narkotiklərin qanunsuz dövriyyəsinə aid aşkar olunmuş faktların çoxluğu ötən il ilə müqayisədə 117 kq artıq yəni, 609 kq narkotik vasitələrin götürülməsinə, 71 nəfərdən ibarət 31 mütəşəkkil dəstənin zərərsizləşdirilməsinə, 102 tondan artıq narkotik bitkilərin məhv edilməsinə vətəndaşlıq mövqeyindən yanaşılmamışdır. Bu, polisin peşəkarlığından xəbər verir. Niyə qəbul etmək istəmirik?2005-ci ildən yeni idarə kimi fəaliyyət göstərən “İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi” nin fəaliyyətinin gücləndirilməsi nəticəsində bu ilin 6 ayı ərzində insan alveri üzrə 93 cinayət faktlarının aşkar edilməsi baş idarənin əməkdaşlarının peşəkarlığının, sayıqlığının və yuxusuz gecələrinin nəticəsidir.Keçmiş illərdən bağlı qalmış 205 cinayətin açılması da polisin cinayətkarların dünyasına açılan yolun izlənilməsinin və prokurorluq orqanları ilə sıx əməkdaşlığın təzahürüdür – desəm, yenə yanılmaram. Bunları qəbul etmək üçün cəsarət lazımdır.Bizim yolun məntiqi ilə düşünsək əməllərinə görə həbs olunan şəxslər cəmiyyətdən tədric olunurlarsa, cinayətlərin sayı azalmalıdır.Qeyd olunur ki, cinayət törədənlərin 10 min nəfəri heç yerdə işləməyənlərdir. Mənim qənaətim isə belədir: Bu işləməyənlərin müəyyən qismi bəlkə, işləmək istəməyənlərdir? Məlumat üçün qeyd edim ki, Azərbaycan Respublikasında minlərlə vətəndaşlığı olmayan şəxslər yaşayır. Bu insanların əksəriyyəti Dövlət Miqrasiya Xidməti və BMT QAK-ın Bakı nümayəndəliyi tərəfindən himayəyə götürülür. Onların da ehtiyacı var. Lakin cinayətlərə meyilləri yoxdur, zəhmətə qatlaşıb öz sosial ehtiyaclarını təmin edə bilirlər. Niyə bizim işləməyənlərimiz bu sayaq davrana bilmirlər?“Cinayət törədənlərin sırasında yetkinlik yaşına çatmayanların sayı da az deyil.” Lakin əhalinin ümumi sayına nisbətdə narahatlıq doğurmur,azdır.Cinayət Hüquq qanunvericiliyi ictimai təhlükəli əmələ görə cinayət tərkibinin yaranması üçün 16 yaş, ağır cinayətlərə görə isə 14 yaş müəyyən edir. Prosesual hərəkətlər bu meyarlar üzrə aparılır.Ölkədə cinayətkarlığın və cinayətlərin sayının artıb azalması, onunla mübarizə aparan orqanlara ayrılan vəsaitin məbləğindən də asılı olmur. Nəzərə çatdırmaq istərdim ki, cinayətkarlıqla mübarizənin incəliklərini bilmək üçün mütləq mənada kriminologiya elminə bələd olmaq, cinayətkarlğın kəmiyyət və keyfiyyət göstəricilərini, hansı ərazidə – məkanda, hansı dövr ərzində baş verməsini, cinayətkarın şəxsiyyətinə aid cəhətləri, demoqrafik faktorları və ictiami təhlükəli əməli hasil edən səbəbli əlaqəni, cinayətkarlığı doğuran səbəb və şəraiti yetərincə təhlil etmək bacarığı lazımdır.İşsizlik cinayətkarlığı doğuran səbəblərdən biridir, mühüm deyil. İnsanın ağlı, iradəsi, düşüncəsi və təfəkkürü sağlamdırsa, o digərinin sağlamlığına, mülkiyyətinə, konstitusion quruluşa qəsd etməz. Cinayətkarlıq da, cinayətlər də hər bir cəmiyyətin əlavə məhsulu kimi yaranır. Tarixən də belə olmuşdur. Lakin mübarizə səngiməməlidir, preventiv üsullara üstünlük verilməlidir.Müəyyən dövr ərzində cinayətlərin sayı arta və azala bilər. Qənaətimə görə insanların öz nəfsini və iradələrini cilovlaya bilməməsi, ictimai münasibətlərə zidd davranışı, habelə öz maraqlarını cəmiyyətin maraqlarından üstün tutması normal qarşılana bilməz. Belə hallara qarşı hüquq mühafizə orqanlarının müdaxiləsindən öncə ictimai qınağın olması labüddür.Burada KİV-lərin rolu çox vacibdir.Hər bir cinayət işi üzrə istintaq hərəkətlərinin həyata keçirilməsi, əməliyyat və sahə müvəkkillərinin, yetkinlik yaşına çatmayanların işləri üzrə əməkdaşların xidməti ərazidə olması profilaktikanın ayrılmaz tərkib hissəsidir.Qeyd etdiklərimi bir vətəndaş, polisin fəaliyyətinə və onun normadan artıq xidmətinə bələd olan bir şəxs kimi yazmağı özümə borc bildim. “Bizimyol.info”nun subyektiv mülahizələri polisin fəaliyyətinə kölgə salmaq niyyəti ilə dərc edilib, vətəndaşların polis haqqında təsəvvürlərini başqa səmtə yönəltməkdən başqa bir şey deyil. Polisi cinayətlərin artıb azalmasına görə qınamağın da tərəfdarı deyiləm. Cəmiyyət inkişaf edirsə, islahatlar, dəyişikliklər baş verirsə, yeni cinayət növlərinin dəolması mümkündür və cinayətkarlığın vəziyyəti ilə bağlı statistikda artım və azalma müşahidə edilə bilər. Yenə nəzərə çatdırmaq yerinə düşərdi ki, Sovet Azərbaycanının CM-də nə insan alveri, nə mütəşəkkil, korrupsiya və kiber cinayətlərlə bağlı maddələr olmamışdır. İndi isə var. Zaman dəyişdikcə cəmiyyət də dəyişir. Ərsəyə gələn nəsil valideynlərindən çox “mövcüd zamana” oxşamağa məhkumdurlar. Özümüzü qınamalıyıq!Digər tərəfdən, cəmiyyətdə fərdlərin müxtəlif davranışa və şüura malik olması da cinayətkarlığı doğuran səbəblərdəndir.Çox istərdim ki, çətin və şərəfli xidmət sahiblərinə cinayətkarlıqla mübarizəyə dəstək vermək üçün cəmiyyətə çağırışlar edilsin. Məsələn: İnteraktiv sorğu nəticəsində hər bir vətəndaşın ictimai təhlükəsizliyin təmin olunması ilə bağlı rolu nədən ibarət olmuşdur? Nəticədə hər şey bəlli olar.Qeyd; Mənim, bütün ədaləti yazan yazarlara böyük hörmətim və ehtiramım var. Onlara uğurlar arzusu ilə !!!“Polisə Dəstək” İB-nin sədriŞəmsəddin Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler