Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bizim evin süpürgesini de Mircefer Bağırov aldı” – Əliağa Vahidin oğlu

Genel 18 Haziran 2016

6:36 am


18/06/2016 [10:35]: xeber –
Məşhur qəzəlxan şair Əliağa Vahidin Azərbaycanın o zamankı rəhbəri, Mərkəzi Komitənin birinci katibi Mircəfər Bağırovla yaxın dost münasibətləri haqqında xatirələr çox danışılır. Sirr deyil ki, ağır ev şəraitində yaşayan Vahidə də evi Mircəfər Bağırovun özü bağışlayıb. Vahid ağır ev şəraitindən bezərək ölkə rəhbərinin yanına gəlir və aşağıdakı şeiri ona oxuyur:“Çox ərizə yollamışam BaksovetəEvimi görsə naxırçı, deyər, samanlıqdır,Havası yox, həmi nəmdir, həmi qaranlıqdır.Divarda ağcaqanadlar, yer üstə taxtabiti,Hücuma bax gecələr, gör nə hökmranlıqdır.Hünərdir ay yarım hər kim bu evdə ömr eləsə,İnanmaram dirilə, şübhəsiz, oyanlıqdır.Çox ərizə yollamışam Baksovetə, Raysovetə,Gözləməkdir işim, məsələ dumanlıqdır.Düzəltsəniz siz əgər, rəhbərim, mənə bir otaq,Yüz il təşəkkürə layiq, bu, dastanlıqdır”.Şairin oğlu Ramiz İsgəndərzadə sayt saytına açıqlamasında Mircəfər Bağırovun Vahidə olan hörmətindən danışıb: “Mircəfər Bağırov həmişə Vahidə qarşı yaxşı olub. Onlar yaxın dost olublar. Atam Bağırovun yanına gedib ev istədi. O  bizə “Montin”də  ikiotaqlı ev verdi. Bir şeyi də deyim: O evin bütün əşyalarını da Bağırov alıb atama hədiyyə etdi. Nə bilim çarpayı, şkaf – hər şey. Hətta süpürgəsinəcən Bağırov almışdı. Atam danışırdı ki, bir gün evə gəlib qapını açdım. Bir də gördüm ki, qapıya söykənən təzə süpürgə aşdı. Ondan sonra Bağırov atama 10 min rus rublu da verdi”.Elmin NuriQeyd:  Əliağa Vahidin oğlu Ramiz İsgəndərzadə ilə geniş müsahibəni sayt çox yaxın zamanda təqdim edəcək.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler