Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bizi müelliflik yox, vetendaşlarımızın ağır veziyyetden çıxarılması maraqlandırır”

04 Temmuz 2016

9:36 am


04/07/2016 [13:32]: xeber –
İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli gündəmin aktual iqtisadi mövzusu ilə bağlı sayt-ın bir neçə sualıənı cavablandırıb:- Əli müəllim, iyulun 3-də Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı ANS-in “Hesabat” verilişində sizin xarici valyutada olan kreditlərlə əlaqədar müraciətinizlə bağlı Mirşahinin ona verdiyi suala cavab verməkdən boyun qaçırdı…Dedi ki, millət vəkillərinin təkliflərin əksəriyyəti bizim gündəliyimizdə olan təşəbbüslərlə üst-üstə düşür, qalanlarında isə fikir ayrılığı var….Bu o deməkdirmi ki, hər şey köhnə hamam, köhnə tas olacaq?      – Məncə yox. Əgər elə deyirsə, deməli, bir az işıq ucu var. Fikrimi əsaslandırım. Xatırlayırsınızsa, biz bu il aprelin 29-da deputat həmkarım Vahid Əhmədovla birlikdə bir sıra mütəxəssislərin də fikirlərini əlavə etməklə hazırladığımız təkliflər paketini 3 ünvana – Milli Məclisin sədrinə, Prezidentin İqtisadi İslahatlar üzrə köməkçisinə və Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri  Rüfət Aslanlıya  göndərmişdik. Bu barədə məbuatda yetərincə məlumat getmişdi və hələ də gedir. Söhbət etdiyim çoxsaylı insanlar bizim təkliflərimizə aidiyyatı strukturların cavablarını gözləyir. Lakin o vaxt mətbuatda belə bir fikir getdi ki, Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı mayın 10-da verdiyi müsahibədə bildirib ki, Milli Məclisdə bu məsələyə baxılmasından xəbərsizdir: “Ancaq palataya bu barədə müraciət daxil olsa, bu məsələyə baxıla bilər”. Halbuki bizim göndərdiyimiz təkliflər bir həftə idi ki, məhz Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında idi… Həmin məktub (02/114 SD-29 Ə.M.)  29 apreldə 3 ünvana göndərilmişdi və mayın 3-də saat 10-30-da Palatada qəbul olunmuşdu. Amma Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri bu dəfə, yəni bizim məktub yetişəndə düz 2 ay sonra isə dedi ki, artıq bu məktubdan xəbəri var, deməli proqress var)… millət vəkillərinin təkliflərin əksəriyyəti bizim gündəliyimizdə olan təşəbbüslərlə üst-üstə düşür…. Deməli, əgər Rufət müəllim elə deyirsə, bir qədər işıq ucu var…- Belə olan halda Sizə elə gəlmirmi ki, sizin vətəndaşların dollarla olan kreditlərinə güzəştlər edilməsi barədə təkliflərinizin taleyini də sovet dövründən qalma əmanətlərin qaytarılması və təhsil kreditləri barədə olan çox ədalətli variantda irəli sürdüyünüz təkliflərinizin taleyi gözləyir? Yəni təklifləriniz keçəcək, amma öz adlarından “qolu-qıçı sındırılmış halda” veriləcək və bunun da əhaliyə elə bir xeyri olmayacaq…      – Açığını deyim ki, Vahid müəllimlə biz təklif verəndə heç vaxt müəlliflik barədə zərrəcən belə düşünmürük də…. Bizi müəlliflik yox, dollarla kredit alan vətəndaşlarımızın  düşdüyü ağır vəziyyətdən çıxarılması marqlandırır. Banklar tərəfindən əhaliyə xarici valyutada verilmiş kreditlərlə bağlı yaranmış vəziyyətin gərginliyinin artan xəttlə davam etməsi şəraitində bu problemin həllinin gecikdirilməsi həm dövlət, həm əhali,həm də banklar üçün çox ziyan gətirir. Yaranmış qeyri-müəyyənliklərlə bağlı əhali ilə yanaşı, bankların da xeyli hissəsi ağır duruma düşüb. Problemin həlli bundan sonra da uzansa, həmin uzanan zamana proporsional surətdə həm narazılıq artacaq, həm əhalinin, həm də bankların vəziyyəti daha da pisləşəcək. Bu isə bütövlükdə iqtisadiyyatımız üçün əlavə ciddi problemlər yaradacaq. Dollarla kredit borcları olanlara güzəştlərin edilməsi məsələsi nə qədər tez həll olunsa, bu  həm dövlət, həm banklar, həm də əhali üçün faydalı olar, narazılıq azalar, bankların işi yaxşılaşar və əhalinin banklara inamı artar və bu da iqtisadiyyata güclü təkan verər. Dollarla krediti olanların probleminin optimal  həlli bir sıra digər problemlərin də həllini yumşaldar. Ona görə də məsələnin həlli sürətləndirilməsi  həm dövlət, həm banklar, həm də əhali üçün sərfəlidir. Bunu nəzərə laraq biz sovet dövründən qalma əmanətlərin qaytarılması və təhsil kreditləri ilə bağlı Milli Məclisdə və mətbuatda müəlliflikdən imtina barədə dediklərimizı vətəndaşların dollarla olan kreditlərinə güzəştlər edilməsi barədə təkliflərinizə də  aid edirik. Bizi müəlliflik yox, problemin tezliklə həlli maraqlandırır.        – Rufət müəllim həm də dedi ki, sizin təkliflərin bəzi məqamları üzrə fikir ayrılığı var. Bu hansı məqamlardı?       – Biz Maliyyə Bazarlarına Nəzarət Palatasına göndərdiyimiz yazılı təkliflərə hələ yazılı cavab almamışıq. Amma bilirik ki, Həmin Palatanın Direktorlar Şurasının sədri bizim təkliflərimizlə bağlı münasibətini yazılı sürətdə Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisinə göndərib. Deyəsən Mərkəzi Bank da bizim təkliflərlə bağlı fikirlərini Prezidentin İqtisadi islahatlar üzrə köməkçisinə göndərib. Ola bilər bütün strukturlara göndərilən təkliflərimizə cavablar Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisinə göndəriləcək və  həmin səviyyədə toplanan cavablar ərasında bizimlə görüşdə təkliflərimizin fikir ayrılığı olan bəzi məqamları ilə bizi də məlumatlandıracaqlar. Hazırda xarici valyutada olan kreditlərlə bağlı problemin bütün ağırlığı əhalinin və börca düşən biznes strukturlarının üzərindədədir. Bunu problemin həll yolu hesab etmək olmaz. Belə hal “əhali-bank-biznes strukturları” zəncirininin bütün həlqələrində iflic vəziyyəti yaradır. Bəzi strukturlar hesab edir ki, bu məsələ banklarla əhali arasında yaranan problemdi. Banklar üzun müddət yüksək faiz tətbiq edib, əlavə olaraq bundan yaxşı pul qazanıb, ona görə də əhalinin dollar kreditləri ilə bağlı problemini öz hesablarına qarşılamalıdırlar. Banklar da gözləyir ki, dollarla kredit sahəsində yaranmış problemin maliyyə tərəfini dövlət örtəcək. Bizsə hesab edirik ki, bu yanaşmaların hər ikisində həqiqət payı var, amma eyni zamanda həm də hər ikisi yarımçıq xarakter daşıyır. Fikrimizcə, bu beynəlxalq praktikaya uyğun yanaşma deyil. Məsələyə  bu cür yanaşma problemin həllinin uzanmasına gətirib çıxaracaq. Ona görə də biz hesab edirik ki, bu məsələ sistem xarakterli olduğundan, ona bir tərəfli yox, sistemli yanaşmaq lazımdır: 1000(min) dollara qədər ümidsiz problemli kreditlərin bağlanmasının maliyyə təminatı bankların mənfəəti hesabaına olmalı, kredit borcu 5000(beş min) dollara qədər olan vətəndaşlara ciddi güzəştlərin edilməsi və həmin səviyyədə olan borclarının 21 fevral devalvasiyası zamanı formalaşan məzənnə ilə, yəni 1,05 manat nisbətində ödənilməsi üçün zəruri olan 250 milyon dolların maliyyə yükünün bir hissəsini əhali, bir hissəsini banklar, digər hissəsinin yükünü isə dövlət çəkməlidir. Çünki dövlət dəstyi olmadan bu problemin etibarlı həlli mümkünsüzdü. İri məbləğli borclara münasibərdə manatın dollara olan 21 fevral və 21 dekabr məzənnələri arasındakı məqbul göstəricini (məsələn,1,20-1,30 manat intervalında) əsas kimi götürüb, “dondurmaqla” borcların qaytarılmasına möhlət verilməsi, borcun faiz dərəcələrinin aşağı salınması, cərimə faizi hesablanmasının dayandırılması, manata çevrilməsi və sair bu kimi üsullardan istifadə edilməsi məqsədəuyğun olar. Bunun müqabilində ölkəmizdə həyata keçirilən “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun surətdə beynəlxalq praktikada olduğu kimi, “Təxirəsalınmaz Tədbirlər Paketi” çərçivəsində bank sektorunun sağlamlaşdırlması prosesində həm də vergi güzəştləri, birbaşa maliyyə yardımı və sair də daxil olmaqla dövlətin banklara dəstək proqramının da həyata keçirməsi yaxşı olar. Yalnız bu cür kompleks yanaşma və maraqların konfliktindən maraqların uzlaşdırılmasına aparan yolla bu məsələni yumşaltmaq olar.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler