Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bizi Ərdoğana vermeyin…” – Qiyamçı herbçiler

15 Ağustos 2016

12:12 pm


15/08/2016 [16:09]: xeber –
15 iyul dövlət çevrilişinə cəhddən sonra Yunanıstanın Dədəağac (Aleksandropolis) şəhərinə qaçan 8 türkiyəli hərbçi yunan mediasına müsahibə verib. Axar.az xəbər verir ki, paytaxt Afinandan xeyli kənarda, yüksək təhlükəsizlik tədbirləri altında saxlanılan pilotların fotoşəklini çəkməyə icazə verilməyib. Hərbçilər ifadələrində olduğu kimi, çevrilişə cəhd zamanı 3 helikopter ilə İstanbuldan ayrıldıqlarını deyiblər: “Yerdən atəş açıldıqdan sonra bölgəni tərk etməyə məcbur olduq. Bolqarıstana getmədik. Çünki mühacirləri Türkiyəyə ekstradisiya edir. Bu səbəbdən risk edib Yunanıstana gəldik”. Qiyamçılar yunan hökumətindən mərhəmət göstərməsini, Baş nazir Aleksis Çiprasın sığınacaq tələbini qəbul etməsini xahiş ediblər. Yunan mediası türk hərbçilərlə olan müsahibəni “Mərhəmət edin, bizi Ərdoğana verməyin” başlığı ilə nəşr edib. Qeyd edək ki, ikisi mayor, dördü kapitan, ikisi kiçik-leytenant olmaqla 8 fərari hərbçi 19-25 avqust tarixlərində Afinadakı Mühacir Komissiyasına ifadə verəcək. Tələb qəbul edilməsə, Avropa İnsan Haqları Məhkəməsinə müraciət olunacaq.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler