Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bize telimat verir­diler ki, gördüklerinizi kim­seye söylemek olmaz”- Azerbaycanlı professorun ABŞ teesüratları

13 Ağustos 2016

8:48 am


13/08/2016 [12:47]: xeber –
Son dəfə Amerika qitəsində 1990-cı
ildə Meksikanın paytaxtı Mexikoda keçi­ri­lən möhtəşəm festivalda iştirak
etmiş, ölkəmizi instrumental musiqiçi kimi təm­sil etmişəm. Xa­­tırladım ki, hələ
gənc yaşlarımdan etibarən dünyanın bir sıra ölkələrində (İs­veç, Almaniya,
Misir, İngiltərə, İraq, İtaliya, Hollandiya, Yu­na­nıs­tan, Bel­çi­ka, Ku­ba,
İsrail, Şimali İrlandiya, Yaponiya, Səduyyə Ərəbistanı, Tür­kiyə, İran, keçmiş
sovet respublikalarında və s.) xalqımızın tanınmış incə­sə­nət nümayəndələri ilə
birgə belə səfərlərdə ol­mu­şam. Sovet dövründə xarici öl­kə­lərə səfərlərə əsasən,
Moskvadan yollanırdıq. Ba­­kıdan Moskvaya, oradan da mü­­vafiq ölkəyə uçuş
zamanı böyük vaxt itgisinə yol verilirdi. Meksikaya Mos­kva­dan 21 saata
yetişdik. İndi isə Bakıdan Nyu-Yor­­ka 12 saat vaxt sərf eləyirik. Bun­ları
xatırlatmaqda məqsəd müstəqilliyin bəh­rə­sini diqqətə çatdırmaqdır. İs­tər-istəməz
xəyalımda sovet dövründəki səfərlər can­lanır və müasir dövrlə mü­qa­yisə edirəm.
Alınan nəticədən bir Azər­bay­can vətəndaşı, oğuz-türk kimi bö­yük qürur hissi
keçirirəm. Müstəqillikdən əv­vəlki illərdə nəinki xaricdə, heç SSRİ daxilində də
azərbaycan millətini düz-əməl­li tanımırdılar.
İndi isə şair de­miş­kən “mənim də imzam var imzalar içində”. Sovet döv­ründə səfərə
getməz­dən öncə bizə təlimat verir­dilər ki, xaricdə gördüklərinizi (insanların
həyat tərzi, ya­­şayış səviyyəsi, qayda-qanunlara riayət edilməsi, rüşvətin
olmaması və s.) kim­səyə söyləmək olmaz. Orada da Sovetlər Birliyinin eybəcərliklərindən
söz aç­­maq olmaz. Belə bir məqam baş verərsə və bu, “KQB” işçiləri tərəfindən
aş­kar­­la­nar­sa, həmin şəxsin adı arzu olunmayan adam kimi onların “qara
siyahı”­sı­na dü­şür­dü. Həmin şəxs bir daha xarici ölkəyə buraxılmazdı. Nə isə,
deyəsən bir az mət­ləbdən uzaqlaşdım. Hər halda gənc nəsil bunları bilməli,
müstəqilliyimizi hər an göz bəbəyi kimi qorumalıdır…

2016-cı il, iyulun 16-sı ABŞ-a,
Nyu-York şəhərinə dostların (müğənni Nov­ruz Məmmədov və professor Şahlar
Daneşgərin) dəvəti ilə yaradıcı səfərə yol­lan­­dım. Aeroportda məni oğlum Cəfərin
dostu, Nyu-Yorkda yaşayan Pərviz Mas­­­si­mo qarşıldı. Baxmayaraq ki, oteldə mənə
yer ayrılmışdı, Pərviz inadkar­ca­sı­na öz evi­nə apardı. Səbəbi də bu oldu ki,
“otel bizim evdən çox uzaqdır, mən səhərdən ax­şama kimi maşınımla sənin
qulluğunda olmalıyam”. Əslən Şəkidən olan Pər­viz bəy yarızarafat, yarıgerçək bir
kompliment də atdı: “Abbasqulu əmi, za­rafat deyil, sən doğulduğum rayona “Şəki”
adlı mahnı bəstələmisən. Bunun haq­qını biz heç nə ilə ödəyə bilmərik. Bir də
ki, Cəfərlə biz axı, ayrılmaz dost­la­rıq”.

Həqiqətən Pərviz orada qaldığım
müddətdə bir an da olsun məni tək burax­mır­dı. İki maşını var. Bəzən məzələnmək
üçün ABŞ-da yeganə olan 05 mar­­kalı “Ji­quli” ilə şəhərə gəzməyə çıxırdıq. Bu
maşına görə yollara nəzarət edən polis işçiləri əksəriyyəti onun dostudur. Bəzən
maşını ondan bir neçə saatlığa alıb sürürdülər.

Mənim Nyu-Yorka gəlməkdə bir məqsədim
də gənclik illərində tanış oldu­ğum dostum, Özbəkistanın əməkdar artisti, şair,
bəstəkar və müğənni İlyas Ma­la­yevin məzarını ziyarət etmək idi. Onun oğlu Rac
ölkədə tanınmış gitaraçı və hind aləti sitar (burada tənburun bir növü olan
setarla qarışdırmamalı) ifaçısıdır. Ümu­miyyətlə, Malayevlər tanınmış musiqiçilər
ailəsidir. İlyasın həyat yoldaşı, Öz­­bəkistanın xalq artisti Məhəbbət Şamayeva
bu gün də gənclik şövqi ilə oxu­yur. Ai­lənin böyük qızı Nərgiz Malayeva
estrada ulduzlarından sayılır.

Nəhayət, ailə üzvləri ilə birgə
İlyas Malayevin qəbrini ziyarət etdik. İ.Malayevin məzarı üzərində özünün kövrək bir şeiri yazılıb:

Bu gözəl insanın məzarı başında
onun yaradıcılığından, bəstələdiyi mahnı­lar­dan, Azər­bay­can xalqını sev­mə­yindən,
özbək və azərbaycan xalqlarına şeir həsr et­məyin­dən, özünə müğən­ni­lik sahəsində
Rəşid Behbudovu ustad saymasından ağız­­do­lu­su danışdıq. Onun mənim toyumda
ifası (1984), oğlum Cəfərin kiçik toy məra­si­min­dəki iş­ti­ra­kı (1992), Azərbaycan
Dövlət Filarmoniyasındakı kon­ser­ti, xalq ar­tisti Elmira Rə­himova ilə birgə
hind bədii filmi “Bacu-Bavra”dan bir mahnını duet şəklində oxu­ması (1992) yada
salındı. Bütün bu ifaların video gö­­­rüntüsü şəx­si arxivimdə qorunur. Bu sənətkarın
yaradıcılığından bəhs edən “Özbək sənətkarı İl­yas Malayev barədə xatirələrim” adlı məqaləm iki – azər­bay­can və özbək dillərində “Kon­servatoriya”
jur­na­lın­da çap olu­nub (A.Nə­cəf­zadə. Özbək sənətkarı
İl­yas Malayev barədə xatirələrim. // “Kon­servatoriya”№2, 2016, s. 98-104; A.Najafzadeh. My Reminiscences
abont Ilyas Malayev, the Uzbek Artisan. // “Konservatuar” №2, 2016, p. 105-111).
Bu jurnalın bir nüs­xəsini, eləcə də “Beh­­bud” şirkəti tərə­fin­dən ingilis
dilində nə­fis şə­kildə ha­zır­lanmış “İlyas Mala­ye­vin Bakıdakı ifaları” (“Ilyas Malayev’s performances in Baku”)
adlı video-dis­­ki Ma­layevlər
ailə­sinə hədiyyə etdim. Məx­su­si şəkildə Amerika səfəri üçün tər­tib edilmiş
“Azər­­­baycan” adlı audio-diskim isə həm Malayevlərə, həm də ame­rikalı di­gər
dostlara müəllif sovqatım oldu. Diskə həm Azərbaycan xalq mah­­nı­ları, həm
İlyas Malayevin bəstəsi, həm də müəllifi olduğum bir sıra melo­di­ya­lar daxil
edi­lib. Bu musiqiləri müxtəlif milli çalğı alətləri ilə – kamança, ud, saz, ney, tütək, zurna, balaban, eləcə də
Avropa alətləri olan klarnet və skripka­da ifa etmişəm.   Sonra söhbətimiz süfrə arxasında
aparıldı. Rac ilə birgə İlyas Malayevin bəs­tə­lədiyi mahnıları ifa etməklə
böyük sənətkarı yada saldıq. İnanıram ki, bu yolla İl­yas Malayevin ruhunu şad
etmiş olduq.

Nyu-Yorkda olduğum 2 gün ərzində
bir çox azərbaycanlı dostlar qonaq dəvət edirdilər. Lakin vaxtın azlığından dəvətləri
qəbul edə bilmirdim. Təkcə iyulun 17-si Pərvizin qonşusu, əslən bakılı Hacı
Rasimin qonağı oldum. Şirin Bakı ləh­cə­sində danışan Hacı Rasim nəvələrini də
evdə doğma dilimizdə dindirir. Bu ai­lə­də olarkən özümü sanki Bakıda hiss
etdim, yəni burada əsl Azərbaycan ab-ha­va­sını duydum.

İyulun 18-i təyyarə ilə
İndianapolis şəhərinə yollandım. Hava limanında məni İdiana Uni­vresitetinin
professoru Şahyar Danişgər qarşıladı. Onun yaşadığı Bluq­min­ton şəhərinə yola
düşdük. Şahyar müəllimin evi şəhərin lap mərkəzindədir. Mə­nə ayırdığı hər cür
şəraiti olan mənzilin açarını verib dedi: Mən qonaqlarımı otel­­də saxlamıram.
Bu cür şərait heç bir oteldə ola bilməz. “Bir ora bax” – de­yib, həyətdə o tərəf,
bu tərəfə qaçan maralları göstərdi.

Çox heyrətləndim, burada nəinki
marallar, müxtəlif çöl quşları, dələlər, çöl dov­­şanları atılıb-düşürlər.
İndiana şəhərində hər kəsin həyətində bu mənzərə ilə rastlaşmaq mümkündür. Məsələn,
gözəl ziyalı Teymur Hacıyev bir ne­çə dəfə bi­zi evi­nə dəvət edərkən onun da
bağçasında həmin meşə heyvanları sərbəst gə­zi­şir­dilər. Öz-özümə sual verdim:
Bizim meşələrdə də bu heyvanlar ya­şayır, niyə evlərə yaxınlaşmırlar? Cavabı bəllidir,
heyvanlarda güclü ins­tinq olur. Biz tə­rəflərdə zamanı gəldi-gəlmədi həmin
heyvanları güllə ovlayırlar. Ona görə bu hey­vanlar me­şə­dən kənara çıxmırlar.
Hətta, yaşayış məntəqəsinə, kəndə, qəsəbə­yə gəl­mək is­təsə belə, həmin heyvan
3-4 metrlik hündür hasardan necə həyətə da­xil olsun? Buradakı məh­lə­lə­rin
heç birində bizdə olduğu kimi belə hündür hasara rast gəlməzsən. Çoxu həyətini
heç çəpərə də al­mayıb. Bu səbəbdən yırtıcı heyvanlar istisna olmaqla buradakı
heyvanlar hə­yət­lərə ya­xın­laşırlar…

İyulun 19-u İndiana Universitetinin
Qlobal və Beynəlxalq Araşdırmalar Audi­to­­riu­munda
professor, müəllim və tələbə heyəti ilə gö­rüşüm oldu. Burada “Azər­bay­can
musiqisi İpək yolu ölkələri arasında” möv­­zusunda məruzə etdim. Çı­xış­dan
sonra tədbir iştirakçılarının çoxsaylı su­al­la­rını cavablandırdım. Öncədən de­yim
ki, cavablarım sual verənləri birmə­na­lı şə­kil­də qane edirdi. Suallardan bəl­li
olurdu ki, onlar həm bəzi əsərlərimlə tanış ol­muş, həm də ifalarımı dinlə­miş­lər.

İyulun 23-ü və 24-də olacaq “İpək
yolu” (1996-cı ildən fəaliyyət göstərir) an­sam­blı­nın konsertlərinə gərgin
hazırlaşırdıq. Hər gün axşam ansamblın müxtəlif xalq­ların
nümayəndələrindən ibarət olan 5 nəfərlik heyəti ilə məşq edirdik.

İyulun 22-i nahardan sonra Şahyar bəyin
maşını ilə Ohayo ştatının Ko­lum­bus şəhərinə yollandıq. Bizi şəhərin girişində
əslən Təbrizli tanınmış in­cə­sənət xa­di­mi, rəssam, memar, arxitektor Cahangir
Pirasteh və xanımı Anna Pi­ras­teh qar­şı­la­­dı. “İstanbul” restoranında şam
etdikdən sonra, oteldə yerləşib, kon­sert salo­nun­­da məşq etməli idik. Lakin
bəlli oldu ki, gecikdiyimizdən salon bağ­la­nıb, iş­çi­lər get­mişlər. Cahangir
Pirasteh sevincək dedi: bizim evimiz genişdir, hətta ro­ya­lımız da var. Şah­­­yar
müəllim əvvəl etiraz etdi, sonra Cahangir bəyin pərt ol­du­­ğunu görüb, məc­bu­rən
razılaşdı. Biz onunla oteldə bir otaqda qalırdıq. Şahyar bə­yə de­dim ki, Cahangir
bəygildə məşq edəcəkdiksə, əvvəldən gərək razıla­şay­dın. Axı, bizdən in­cidi.

Şahyar bəy işinin peşəkarı kimi
cavab verdi: Abbasqulu müəllim, mən istə­mi­rəm ki, bi­zim repertuarımızdan
kimsə öncədən xəbər tutsun, ifalarımızı kon­sert­dən qabaq din­ləsin. Neçə
gündür dünyalar qədər sevdiyim qızım, xanımım de­yir­lər ki, nə olar, bizi də məşqinizə
apar. Söyləyirəm ki, qəti olmaz, Cahangir bəy də eləcə. Bu, on­la­ra bir
sürpriz olmalıdır. Amma gördüm əməlli-başlı xətri­nə dəyir, razılaşdım. Hət­­­­ta
məşqdə dedim ki, sən daha sabah konsertə gəlmə, bü­tün ifaları dinlədin, sə­nə
maraqsız olar. Cavab verdi ki, “3 ay da dalbadal kon­sert versəniz, hər gün işi­mi-gücümü
atıb gələrəm. Azərbaycan musiqisindən heç doymaq olarmı?”

Konsertdən sonra Ohayo
Universitetinin “Şərqi Avropa və Orta Asiya Öl­kə­lə­ri İnstitutu”nun
professoru Skat Livay gözəl konsert sərgilədiyinə
görə Şahyar mü­­əllim başda olmaqla ansamblın bütün üzvlərinə dərin minnətdarlığını
bildirdi. Bu gecənin uzun müddət yaddaşımızda qalacağını söylədi. Sonra üzünü mənə
tu­­tub dedi: Professor, Şahyar müəllim sənin adından söz verib ki, yenidən
bizim ta­­ma­şaçıların görüşünə gələcəksiniz. Siz həqiqətən söz verirsiniz? Mən
“bəli” de­­dik­də, salonu gurultulu alqışlar bürüdü.

İyulun 24-də isə Bluminqton şəhərində
konsert verdik. Hər iki şəhərdəki kon­sertlərə – həm Bluminqtona, həm də
Kolumbusa yerli sakinlərlə yanaşı, yüzlərlə kilometr aralıda yaşayan azərbaycanlılar
gəlmişdi.

Bu konsertlə bağlı ABŞ-da səfərdə
olan Yardımlı Xeyriyyə Cəmiyyətinin sədri, maraqlı yazıları ilə dövri mətbuatda
tez-tez çıxış edən jurnalist, şair-publisist El­man Eldar­oğ­lu yetərincə məlumat verib (“525 qəzeti” və müxtəlif
elektron saytlarda). Onun yazdığı mətndən ixtisarla təq­dim edirəm: “ABŞ, İn­di­a­na
Ştatı, dünyaca məşhur İn­di­ana Universiteti, universi­te­tin konsert zalı. 24
iyul – isti yay günlərindən biri. Və havanın hərarətinə sə­rin­lik qatan Azərbaycan
mu­si­qisi. Müx­təlif musiqi alət­lə­rimizdə ifa edir Azər­bay­can Milli
Konserva­to­ri­ya­sı­nın pro­­fessoru, sənətşü­nas­lıq üzrə elmlər doktoru Ab­basqulu
Nəcəfzadə. Onu mü­şa­yi­ət edirlər – professor Şahyar Danişgərin rəh­bər­lik
etdiyi beynəlxalq “İpək yo­lu” ansamblının üzvləri: əslən İran azərbay­can­lı­sı
Şahyar Danişgər qavalda, mil­liyyətcə çinli Yeng İng pianoda, violonçeldə su­­riyalı
xanım Aliyyə Əcəmoğ­lu, gitarada isə ispaniyalı sənətçi Tomas Lozano…

Abbasqulu Nəcəfzadə
artıq bir həftədir ki, İndiana Universitetinin qonağıdır. Bir neçə gün öncə,
iyulun 19-da Azərbaycan çalğı alətlərinə həsr olunan elmi se­mi­narda mühazirə
söyləyərkən amerikalı dinləyicilərin – universitetin profes­sor-müəllim və tələbə
heyətinin necə maraqla onu dinlədiklərinin kaş şa­hi­di olay­dınız. Bunu ustad
dərsi də adlandırmaq olar. Çünki Abbasqulu müəllim mu­si­qi alətlərimiz
haqqında mühazirə söylədikcə, hər birində ayrılıqda ifa edir, ba­la­banın,
neyin, tütəyin, zurnanın, udun, kamançanın qədim Azər­bay­can alətləri ol­duğunu
tutarlı faktlarla sübut etməyə çalışırdı, nail olurdu da…

Elman Eldaroğlu
bu konsertlə bağlı yazır: “A.Nəcəfzadənin İndiana Universi­te­tin­də verdiyi
konsertə də həmçinin, bu ştatın müxtəlif şəhərlərindən xeyli din­lə­yici gəlmişdi.
Lirik musiqilərimizə maraqla qu­laq asan amerikalılar təsirlən­dik­lərindən gah
göz yaşlarını boğa bilmir, şıdırığı ha­va çalınanda isə elə yerlə­rin­dəcə rəqs
etməkdən çəkinmirdilər. Bu münasibəti görən Abbasqulu Nəcəf­za­də daha da
ruhlanır, sanki zövq alırdı. Necə deyərlər, ha­mı heyrət içində idi. Əs­lində,
İndiana Universitetində mükəmməl musiqi təh­si­li verildiyindən, burada­kı­la­rı
heyrətləndirmək çox çətindir. Və bu heyrəti ame­ri­kalı tamaşaçılarda yaradan məhz
Abbasqulu Nəcəfzadənin ecazkar səsli çalğı alətlərində ifa etdiyi milli ruhlu təranələrimiz
oldu. Hətta Abbasqulu Nəcəf­za­də­nin 2003-cü ildə nəşr olun­muş “Çalğı alətlərimiz”
kitabının nüfuzlu İndiana Uni­ver­sitetinin nəşriyyatında tezliklə ingiliscə nəşrinə
qərar verildi…

Özüylə ABŞ-a Azərbaycan
təravəti gətirən bu sənətkara yeni-yeni sənət uğur­ları
diləyirik…”

Mən İndianada
olan ərəfədə Elman Eldaroğlunun həyat yoldaşı, Miçiqan Dövlət Universitetində
aspirant olan, ADA universitetinin ingilis dili müəllimi Vəfa Yunu­so­va yay dil
kursunda ABŞ-ın müxtəlif universitetlərindən olan yeddi aspirant tələbəyə Azərbaycan
dili dərsləri verirdi. Vəfa müəllimənin peşəkarlığı sayəsində amerikalı tələbələr
qısa müddət­də azər­baycanca sərbəst danışmağı öyrəniblər. Elmi seminar zamanı
mühazirədən sonra həmin tələbələr Azərbaycan musiqi mədəniyyəti ilə bağlı mənə
ünvanlanmış maraqlı sualları ilə seçilirdilər. Hətta onun tələbələrindən biri Karli
Storm “Sarı gəlin” mahnısını azərbaycan dilində özünəməxsus tərzdə oxudu. O, Ba­­kıya
gəlməyi planlaşdırır və mən Karli xanıma söz
vermişəm ki, həmin mahnını bi­zim ansamblla len­tə alacağam. Vəfa xanım tələbələrinə
təkcə dilimizi, mah­nı­la­rı­mızı deyil, eləcə də mətbəx mədəniyyətimizi öyrədir.
Universitetdə keçirilən musiqi və mətbəx festivalında tələbələri üçün milli
şiriniyyatlarımızdan olan paxlava və şəkərbura hazırlamışdı.

Öz evini
İndianaya gələn hər bir azərbaycanlı üçün ürək genişliyi ilə açan bir soy­daşımız
haqqında da xüsusi bilgi vermək istəyirəm – Teymur Hacıyev. O, dər­­man
preparatları hazırlayan müəssisədə mühəndis vəzifəsində çalışır. Teymur bəy
İndianada qaldı­ğım qısa müddətdə demək olar ki, hər gün evində qonaqlıq təşkil
edirdi. Vəfa xanım hazırladığı təamlar, Elman Eldaroğunun duzlu-məzəli söhbətləri
isə başqa bir aləm idi. Yəni bu insanların səmimiyyəti nəticəsində özümü heç də
qə­rib kimi hiss etmirdim.

Əziz oxucular!
Beləcə, ABŞ-a olan səfərim də yaddaşıma xoş və maraqlı xa­ti­rə­lərlə həkk
olundu. Hər səfər isə yeni dostlar, tanışlar qazanmaq deməkdir.      

 

Abbasqulu Nəcəfzadə,

Milli Konservatoriyanın professoru, sənətşünaslıq
üzrə elmlər doktoru 

 

 

 

 

 

 

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler