Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bize şekil yox, iş lazımdı” – reportaj, FOTOLAR

09 Temmuz 2016

5:48 pm


09/07/2016 [21:47]: xeber –
“Burda həmişə tıxacdı…”Qəsəbəyə yola düşmək üçün metronun “Koroğlu” stansiyasından 148 – saylı xətt üzrə hərəkət edən avtobusa minirik. Təxminən 30 nəfərə yaxın sərnişini olan avtobus elə şütüyür ki, heç də balaca avtomobillərdən gedir qalmır. Sakinlərlə söhbətdən sonra məlum olur ki, onlar ən çox Sabunçudakı birinci dayanacaqda yubanırlar. Burda həm piyada keçidinə görə, həm də avtobus və avtomobillərin sıxlığına görə tıxac yaranır. Elə həmin hadisənin biz də şahidi oluruq.“Qəsəbə sakinlərinin istirahət yeri…”Avtobustan düşüb qəsəbədəylə tanış olmaq üçün piyada gedirik. Elə diqqətimizi ilk çəkən yerlərdən biri də qəsəbə sakinlərinin istirahət yeri olan “Zabrat” kafesi olur. Kafe işçiləri bildirir ki, burda müştərilərə milli mətbəximizin ləziz yeməkləri təklif olunur. Axşam saat 20:00 – dan sonra isə canlı müsiqi ilə qonaqların könlünü açırıq. Yol boyu burada qapı, pəncərə və ağac satan insanların da şahidi oluruq.Qəsəbədə sıxlıq yaradan yollardan biri də “Ayxan” marketin qarşısıdı ki, burada da marketə gələn müştərilər yolun bir zolağını zəbt etdikləri üçün tıxac yaranır. Sakinlər bu yolda da dilxor olurlar.“Bizə şəkil yox, iş lazımdı…”Qəsəbədə daş bazarı da fəaliyyət göstərir. Satıcılar satışın zəif olduğunu deyirlər: “Əvvəl hər gün bir “Kamaz” daş satırdıq. İndi bir “Kamaz” daşı bir həftəyə güclə satırıq. Alver ölüb, camaatda pul yoxdu”. Daşın bir ədədinin qiyməti isə 28 – 30 qəpik arası dəyişir. Zabrat dairəvi yolunun qırağında dayanan bir qrup adama yaxınlaşanda hamısı üstümüzə qaçır: “Mən sizin işi görərəm. Nə qədər verərsən?”. Bura Zabratın fəhlə bazarıdı. Biləndə ki, iş üçün yox, reportaj yazmaq üçün onlara yaxınlaşmışıq dilxor olurlar: “Bizə şəkil yox, iş lazımdı. Balalarımız qırılır acından”.“Gecələr hasarın üzlüyünü söküb aparırlar…”Oradan ayrılıb bir az da irəli gedirik. Sakinləri narahat edən problemlərdən biri də qəsəbə qəbristanlığının hasarını avtomobillərin bərbad hala salmasıdı. Axırıncı dəfə bu hasarın bir tərəfinin uçmasına səbəb ədliyyə nazirliyinin xidməti avtomobilinin çırpılması olub. Qəbristanlığın hasarının kimlər tərəfindən düzəldilməsi isə sual altındadı. Sakinlər bildirir ki, hələ düzəltməkləri o yana qalsın, hasara vurulmuş üzlüyü də gecələr gəlib söküb aparırlar.Vasif Əlihüseyn




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler