Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bizde tehsil yalnız normal fiziki imkanları olan şexsler üçün düşünülüb”

10 Eylül 2016
ekindex
8:52 am


10/09/2016 [12:49]: xeber –
Artıq yeni dərs ilinin astanasındayıq. 2016-2017-ci dərs ilinin başlanmasına sayılı günlər qalıb. Təhsil müəssisələrində, eləcə də məktəbə gedəcək şagirdlərin evlərində məktəb təlaşı yaşanır. Valideynlər ötən ildə övladlarının qarşılaşdığı hər hansı bir problemin bu il bir daha yaşanmamasını arzu edir. Təhsil müəssisələri də həmin problemlərin həllinə çalışır. Bir sözlə, hər kəs ancaq öz övladının qarşılaşdığı problemin həllinə çalışır. Ancaq unuduruq ki, həyat təkcə bizim övladlarımızdan ibarət deyil və hər şey də təkcə onların ətrafında cərəyan etmir. Bu gün neçə-neçə fiziki əngəlli uşaqlar var ki, onların normal təhsil almağa imkanları yoxdur. Təhsil almaq, savada, biliyə yiyələnmək istəsələr belə, təsəvvür etməyəcəyimiz çətinliklərlə, problemlərlə üzləşirlər. sayt olaraq  fiziki imkanları məhdud şagirdlərin nə kimi çətinliklərlə üzləşdiyini, qarşıdakı təhsil ilində onları hansı problemlərin gözlədiklərini öyrənmək qərarına gəldik. Bu işdə yardımçımız təhsil eksperti, tarixçi Kamran Əsədov oldu.Qeyd edək ki, Kamran Əsədov həm də sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş 5 saylı xüsusi internat məktəbindəki şagirdlərlə çalışır.Kamran Əsədov ilk öncə nəyə görə məhz  5 saylı xüsusi internat məktəbini seçdiyini  açıqladı: “2009-cu ildə TQDK-nın tarix seminarı zamanı ixtisas müəllimləri ilə təhsildə problemləri müzakirə edirdik. Seminardan sonrada çay süfrəsi arxasında da bu müzakirələr davam etdi. Bu, həm də bizim tarix müəllimləri ictimai birliyinin qeyri rəsmi yığıncağı idi. Müəllimlər belə bir təklif etdi ki, gəlin təhsildən məhrum olan, təhsil almaları problemə çevrilən abituriyentlərlə işləməyə başlayaq. Bu məsələlər daha çox sağlamlıq imkanları məhdud uşaqların məktəbində və yetkinlik yaşına çatmayanların cəzaçəkmə müəssisəsində yaşanır. Mən də özümü qabağa verib sağlamlıq imkanları məhdud uşaqlarla işləyə biləcəyimi dedim. Və mənə 5 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbinə getmək və rəhbərliklə danışmaq tövsiyə olundu. 5 illik müəllimlik dövrümdə belə bir təcrübəyə malik deyildim. Buna baxmayaraq məktəbə gəlib məqsədimi açıqladım. O vaxt həmən məktəbin direktoru Namiq müəllim idi. Təklifimi müsbət qarşıladı və məktəbdə onların sağlamlıq imkanları məhdud (görmə ilə bağlı) şagirdlərin ali məktəblərə qəbulu üçün köməklik göstərməyimə razılıq verdi”.Ekspert daha sonra həmin məktəbdə yaşadıqlarını və yaşananları anlatdı: “Mənim üçün bu tipli təhsil müəssisəsində dərs demək çox çətin idi. Düzdür, 5 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbi Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyeva tərəfindən yüksək səviyyədə təmir edilmişdi. Siniflərdə şərait yüksək səviyyədə təşkil olunmuşdu. Ancaq o vaxt görmə qabiliyyətini itirmiş şagirdlərin dərs vəsaiti yox idi. İlk dəfə dərslərimə 7 şagird gəldi və onlarla çətin bir yola çıxdıq. Çünki, orta məktəb proqramı ilə ali məktəblərə qəbul üçün proqram mahiyyət etibarilə fərqli idi. Onlara qısa və vacib materiallar lazım idi. İstifadə edə biləcəkləri testlər yox idi. Hər dəfə dərsdə və evdə onlara öyrənməyə verəcəyim mövzuları mobil telefonun diktafonuna yazırdım və onların telefonuna köçürürdüm. Onlar da həmən səs yazılarını dinləyib mövzunu öyrənirdilər. Öyrəndikləri mövzunu şifahi şəkildə sual-cavab edib testləri oxuyurdum, onlar da cavablarını verirdi. Beləcə çətin bir prosesə başladıq. Amma nəticə uğurla həyata keçdi. Növbəti qəbul ilində şagirdlərimin altısı yüksək balla ali məktəblərə qəbul oldu. Bu, onların və o tipli internat məktəbində ilk belə kütləvi və yüksək səviyyəli qəbul nəticəsi idi. Onlar Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji universiteti, Xəzər Universiteti, Slavyan universiteti və s. ali təhsil ocaqlarına qəbul olmuşdular”.K.Əsədov ali məktəblərdə təhsil alan fiziki imkanları məhdud tələbələrin də çətinliklərlə üzləşdiyini vurğuladı: “Şagirdlərim tələbə adını qazandı, amma ortaya digər bir problem çıxdı. Belə ki, onların ali məktəblərdə təhsil alan zaman istifadə edə biləcəkləri dərsliklər indi də yoxdur. Məcbur olub ali məktəbə hazırlaşan zaman tətbiq etdiyimiz metoddan istifadə edirlər. Mühazirələri diktafona yazıdırırlar, valideynləri mövzuları oxuyub diktafona yazır. Və həmin səs yazılarını dinləyərək seminarlara, imtahanlara hazırlaşırlar. Təəssüflər olsun ki, bizdə təhsil yalnız normal fiziki imkanları olan şəxslər üçün düşünülüb”.Təhsil ekspertinin fikirlərinin davamı olaraq bir məsələni də nəzərinizə çatdırmaq istəyirik. Belə ki, min bir əziyyətlə ali məktəbə qəbul olan və həmin ali məktəbin bakalavr, hələ üstəlik magistr pilləsini də uğurla başa vuran fiziki imkanlı gənclərimiz var ki, bu gün iş tapmaqda çox çətinlik çəkirlər. Üz tutduqları müəssisələr nədənsə onlara çox laqeyid münasibət sərgiləyir, sözün əsl mənasında döydükləri qapını üzlərinə çırpıb, geri qaytarırlar. Bu, əlbəttə ki, cəmiyyətimizin eyibidir, utancverici bir durumdur. Onların həyat eşqlərini artırmaq üçün əllərindən tutub irəli çəkmək lazımkən, sinələrindən vurub geri itələmək insanlıq adına qara ləkədir. Kamran müəllim və digərləri kimi əl-ələ verib cəmiyyət olaraq, dövlət olaraq həmin gənclərə sahib çıxmalıyıq. Onların problemlərini həll etmək üçün layihələr, böyük işlər həyata keçirməliyik. Ümid edək ki, növbəti tədris ilində sağlamlıq imkanları məhdud şagird və tələbələrin ən azı dərslik problemi həll ediləcək…Rumiyyə 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler