Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bizde statistikanı yaxşı göstermek üçün ne desen edirler”

08 Eylül 2016

9:44 am


08/09/2016 [13:40]: xeber –
Bu gün Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən 300 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılacaq. ARDNF-nin bu qərarından sonra artıq banklar limitsiz dollar satışını bərpə etdikləri barədə məlumat yayıblar.İqtisadçı ekspert Əkrəm Həsənov sayt -a açıqlamasında məsələyə şərh verib:“Bankların dollara olan həqiqi tələbatını bilmək mümkün deyil. Çünki əslində hərrac qabağı banklara tələbin maksimal həddi barədə şərt qoyulur. Məsələn, deyilir ki, maksimum 25 mln. yaza bilərsən. Artıq yazanı hərraca buraxmırlar. Buna görə də Mərkəzi Bankın 330-340 mln. deməsinə etibar yoxdur. Əlbəttə, bu, düzgün deyil və banka belə məhdudiyyət qoymaq olmaz. Amma bizdə statistikanı yaxşı göstərmək üçün nə desən edirlər. Digər tərəfdən, əgər bankların tələbatı cəmi 10-13% kəsirlə ödənilibsə, niyə cəmi 2 bank limitsiz satışa başlayıb (yəqin onların tələbi də çox olmayıb). Başqa banklar niyə bunu etmədi? Deməli, ən yaxşı halda bankların gözləntisi müsbət deyil. Ən pis halda isə istədiklərindən xeyli az dollar ala biliblər. Buna görə də düşünmürəm ki, 300 mln problemi tam həll etsin, amma hər halda heç olmasa bunu etdilər.”


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler