Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Biz tekbir qışqıran uşaq qatilleri gördük”

17 Eylül 2016

6:24 am


17/09/2016 [10:22]: xeber –
sayt ilahiyyatçı, “Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahinlə müsahibəni təqdim edir:- Azərbaycanda fəaliyyət göstərən dini icmalar radikal müxalifətin mitinqləri və ölkədə sabitliyi pozmaq cəhdləri ilə bağlı bəyanat imzalayıb. Bəyanata münasibətiniz necədir?- Dini icmaların verdiyi bəyanatla tanış oldum. Təbii ki, hər bir icma öz üzvlərini düşünülməmiş siyasi addımlardan çəkindirmək və dinin siyasi alətə çəvirilməməsini istəyir. Bu əndişələri biz də həmişə bölüşmüşük və insanların inancından istənilən şəkildə sui-istifadə edilməsini qətiyyətlə pisləmişik. Heç bir vəchlə imkan vermək olmaz ki, insanların ən saf duyğuları ilə manipulyasiya olunsun.- Siyasi mübarizədə əhalinin inanclı kəsimindən və onların dini heysiyyatından sui-istifadə edilməsinə necə baxırsınız?- Əlbəttə ki, mənfi. Daha öncə qeyd etdiyimiz kimi, insanların dini heysiyyatı ilə oynamaq olmaz. Xalq arasında heç bir dəstəyi olmayan qrup dini hisslərdən sui-istifadə edib özünə siyasi dəstək qazanmaq istəyirsə, bu həmin qrupun acizliyindən xəbər verir. Bu onu göstərir ki, həmin siyasi qurum emosional, qeyri-rasional, pafoslu çıxışlara üstünlük verir, nəinki dolğun və hesablanmış siyasi platformaya. Ona görə də diqqətli olmaq gərəkdir ki, müqəddəs duyğularımız hansısa siyasi oyununbazların əlində bir vasitəyə çevirilməsin. Xüsusilə, regionda son illərdə gedən proseslər birmənali olaraq onu göstərir ki, bir sıra Qərb ölkələri müsəlman dövlətlərində demokratiya adı altında dinin özünü hədəfə alan qardaş müharibəsi alovlandırırlar. Qəribədir ki, dini baxışları bölüşməyən liberal düşərgə nədənsə son illərdə İslam faktorundan istifadə etməyə, inanclı insanların dəstəyini almağa çalışır. Nədənsə seçkidən seçkiyə, hansısa mühüm siyasi hadisə öncəsi bunlar din təəssübkeşlərinə çevirilirlər. Bu isə din faktorundan siyasi divident qazanmaq cəhdindən başqa bir şey deyil. Bu gün dünyanın böyük böhran içində olduğu halda dövlətçiliyimiz, müstəqilliyimiz ətrafında səfərbər olmalıyıq. Bu nemətlər itirilərsə, o zaman hər şey itirilər.- Əsasən Milli Şuranın rəhbərləri mitinqlərdə inanclı insanlardan dəstək aldıqlarını bəyan edirlər. Bununla bağlı nə deyə bilərsiniz?- Belə bir iddia Azərbaycan xalqının hamısının dəstəyini almaq iddiası ilə eynidir. Biz həmişə demişik ki, Azərbaycan xalqı bütövlükdə inanclıdır. Dindarları hansisa bir marginal qrup, yaxud siyasi partiya kimi təqdim olunması qətiyyən yolverilməzdir. Məsələyə bu cür yanaşmayanlar xalqımızın dindarlığını, İslamın milli kimliyimizin əsas ünsürü olduğunu danmış olurlar. Bu fikir bəzi xarici ölkələrin müsəlman dövlətlərində apardığı təbliğatın nəticəsidir ki, nə az nə çox İslamın özünü hədəfə alıb. Bu aksiyaya inanclı insanların dəstəyi yoxdur, sadəcə məqsədli şəkildə belə görüntü yaradılır. Bu artıq işlənmiş bir metoddur və dindarlar tərəfindən də ciddi qəbul edilmir.- Sabitliyin pozulması cəhdləri ölkəmizdə mövcud olan tolerant dini mühitə hansı təsirləri göstərə bilər?- Azərbaycan həqiqətən də tolerant dini mühitilə fəxr edə bilər. Bu əsrlərin sınağından çıxmış olduqca mühüm bir dəyərdir. Bu mühitə zərbə vurmaq görünməmiş faciələrə yol aça bilər və xalqın əsrlərlə yaşatdığı dəyərlərə qarşı xəyanətdir. Regionda gedən geosiyasi proseslər onu göstərir ki, müsəlmanların düşmənləri Yaxın Şərqdə, o cümlədən Qafqazda məzhəb ixtilafı yaratmağa çalışırlar. Unutmayaq ki, İŞİD kimi böyük faciə Suriya kimi tolerant bir dövlətə demokratiya tələbləri ilə gəldi. Türkiyədə bir sıra Qərb dövlətləri nurçuların əli ilə dövlət çevrilişinə cəhd etdilər. İllər öncə Misirdə, Liviyada və digər ölkələrdə vətəndaş qarşıdurması yaratmaq üçün islamçılardan sui-istifadə olundu. Bütün bunlar eyni mərkəzdə hazırlanmış eyni ssenaridir.- Ümumiyyətlə, dini baxışların siyasi mübarizə vasitəsinə çevrilməsinə cəhdlər hansı təhlükədən xəbər verir?- Dinin siyasi alətə çevirilməsi qeyd-şərtsiz dinimiz tərəfindən rədd olunur. Çünki din nəyəsə çatmaq üçün vasitə olarsa, o zaman din adına istənilən cinayətə əl atmaq olar, istənilən cinayəti dinlə pərdələmək olar. Bunun bariz nümunəsini hər gün ekranlardan görürük: təkbir qışqıran uşaq qatilləri, insaniyyətdən məhrum cəlladlar, xarablığa çevirilmiş şəhərlər, məhv edilmiş mədəniyyət. İnsan dini öz ambisiyasına çatmaq üçün vasitəyə çevirərsə, onun üçün müqəddəs heç nə qalmaz.(lent.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler