Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Biz gerek indi atılan bütün addımları destekleyek”

23 Eylül 2016

10:16 am


23/09/2016 [14:12]: xeber –
“Dövlətçiliyin möhkəmləndirilməsi dövlətçiliyi üstün tutan siyasi xadimlər üçün başlıca şərtdir. Mən dövlət başçısı olmuşam. Bu baxımdan Azərbaycanın dövlət rəhbərinin atdığı bütün addımları dəstəkləyirəm”. Bunu sayta açıqlamasında Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov bildirib. Ayaz Mütəllibov 26 sentyabrda keçiriləcək Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə Ümumxalq səsverməsi-referendumla bağlı fikirlərini bölüşərək bildirib ki, bu, düşünülmüş addımdır: “Prezident bilir, nə edir. Burada təsadüfü şey ola bilməz. Biz mürəkkəb dövrdə yaşayırıq. Hər şeyi ölçüb-biçmək lazımdır. Siz bilirsiniz ki, bizim itkilərimizin böyük bir hissəsi Azərbaycanda daxili vəziyyətin stabil olmamasından irəli gəlib. İllər boyu demokratiya şüarları səslənib, əslində isə hakimiyyət uğrunda mübarizə aparılıb. Kimlərinsə müəyyən məqamlardan sui-istifadəsi bizə göstərib ki, bu yol itkilər yoludur. Bu, xata yoldur. Biz gərək indi atılan bütün addımları dəstəkləyək. İndi hamının azadlığı var. Amma gərək edə edək ki, bütün addımlarımız Azərbaycan dövlətinin möhkəmlənməsinə yönəlsin. Əminəm ki, prezident bu istiqamətdə fəaliyyət göstərir”.Rəşad


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler