Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Biz bunu ancaq alqışlaya bilerik”

01 Ekim 2016

11:24 am


01/10/2016 [15:21]: xeber –
Mətbuat Şurasının sədri, millət vəkili
Əflatun Amaşov Milli Məclisin payız sessiyasının ilk iclasında elektron
medianın mailyyələşməsi məsələsinə toxunub. Bildirib ki, internet medianın
cəmiyyətdəki rolu artır və ictimai münasibətlər sistemində özünə yer tutur: “Buna
görə də onların da dövlət vəsaitindən bu və ya digər şəkildə bəhrələnməsi
vacibdir. Bunun üçünsə
bu tip media orqanlarının hüququi statusu müəyyənləşməlidir. Hesab edirəm ki,
Milli Məclis üzvləri olaraq bizlər qarşıdakı müddətdə bu məsələyə xüsusi diqqət
yetirməliyik”.

 

sayt Əflatun Amaşovun fikirləri,
elektron medianın maliyyəşməsinin hansı formada həyata keçirilə biləcəyi ilə
bağlı APA Holdinqin rəhbəri Vüsalə Mahirqızının fikirlərini öyrənib.

 

Vüsalə Mahırqızı bildirib ki, həqiqətən də
elektron medianın maliyyələşməsinə ciddi ehtiyac var: “Çünki son
devalvasiyalardan sonra reklam bazarında da ciddi süstlük yaranıb. Reklamçıların
böyük əksəriyyəti artıq reklam verirlər. Əvvəllər reklam hesabına müəyyən
işləri görmək mümkün idi. Ancaq dediyim kimi indi vəziyyət dəyişib. Əgər
elektron mediaya dövlətin hər hansı dəstəyi və dotasiyası olarsa mən hesab
edirəm ki, bu yaxşı addım, elektron medianın inkişafına ciddi təkan olar. Nəzərə
almaq lazımdır ki, onlayn media hazırda dünyada, o cümlədən ölkəmizdə ən
populyar və etibarlı informasiya vasitələrindən biridir”.

 

Vüsalə Mahirqızı deyib ki, elektron mediaya
dəstək xarici dilli internet resurslarının artmasına da kömək edəcək: “Bu da
dövlətin imici baxımından çox mühüm addım olar. Mən düşünürəm ki, burda bir
konsepsiyaya ehtiyac olacaq. Çünki indi onlayn media sahəsində kifayət qədər
bolluqdur. Hətta durum bir az da xaotikdir. Ona görə də düşünürəm ki, mütləq
dövlət konsepsiyasına ehtiyac var. Burada dəstəyin konkret formaları
göstərilməlidir. Xarici dilli medianın inkişafı üçün dəstək ola bilər. Yaxud
onlayn medianın maddi-texniki bazasının gücləndirilməsi üçün dövlət dəstək verə
bilər. Hazırda onlayn medianın maddi-texniki bazasının gücləndirilməsinə çox
ciddi ehtiyac var. Bu, həm də ölkənin milli təhlükəsizlik məsələsidir. Buna
görə də hesab edirəm ki, konsepsiya hazırlanmalı, həmin konsepsiyanın
müddəaları əsasında da kömək göstərilsə, biz bunu ancaq alqışlaya bilərik”.

 Rəşad


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler