Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bitmeyen uğursuzluq ve çempion olan azerbaycanlı – Rio olimpiadasının 6-cı günü

11 Ağustos 2016

8:36 am


11/08/2016 [12:33]: xeber –
Bu gün Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarının yeddinci günü start götürüb.sayt xəbər verir ki, dünən-yarışların altıncı günü Azərbaycan idmançıları üçün uğursuz olub. Dünən mübarizəyə qoşulan idmançıların demək olar ki, hamısı uğursuzluqla üzləşib.Yığmanın medal ümidlərindən olan Avropa Oyunlarının beş qat qalibi gimnast Oleq Stepko ona olan gözləntiləri doğrulda biməyib. İdmançı yarışların final mərhələsinə vəsiqə qazansa da, 24 iştirakçı arasında sondan ikinci yeri tutub.90 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu Məmmədəli Mehdiyev də medal qazana bilməyib. İdmançının medal qazanmaq şansları olsa da, təsəlliverici görüşlərdə məğlub olub.91 kq çəki dərəcəsində mübarizə aparan boksçu Abdulqadir Abdullayev bürüncün bir addımlığında büdrəyib. O, yarımfinala çıxmaq uğrunda mübarizədə özbək idmançıya uduzub. Kanoe-slalomçu Yure Meqliç də etimadları puç edib. O, 15 idmançı arasında 14-cü yeri tutaraq mübarizəni dayandırıb.Qadınlar arasında 100 metr məsafəyə sərbəst üzmədə Fatimə Alkərimova 41-ci yeri tutmaqla həlledici yarışlara vəsiqə qazana bilməyib. Dünənki yarış günü başqa bir detalla da yadda qalıb. Belə ki, vaxtilə Azərbaycan millisinin şərəfini qoruyan ağırlıqqaldıran Nicat Rəhimov Qazaxıstan yığmasının heyətində olimpiya çempionu olub. Qeyd edək ki, bir neçə il bundan əvvəl yığmadan uzaqlaşdırılan N. Rəhimov Qazaxıstana iki nüfuzlu mükafat qazandırıb.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler