Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bir xanımın qopmuş başını damdan tapdıq” – Receb Tayyib Ərdoğan

02 Ağustos 2016

1:52 pm


02/08/2016 [17:48]: xeber –
Prezident
Ərdoğan Beynəlxalq Sərmayədarlarla Yüksək Səviyyəli İqtisadi Konfransında çıxış
edib. Ərdoğan çıxışında 15 iyul dövlət çevrilişi cəhdi zamanı Külliyəyə qarşı
bombalı hücumda bir qadının qopan başını Külliyənin konfrans zalının damından tapdıqlarını
deyib. Ərdoğan həmçinin, “TİB-i bağlayacağıq, çünki bütün pisliklərin
olduğu yerlərdən biri də ora” deyə danışıb.

Prezident
Ərdoğan daha sonra qeyd edib ki, indiyə qədər qədər bizə qərbdən heç bir nümayəndə
gəlməyib: “ Amma Fransada terror aktları olanda, oralara necə getdiklərini
bilirik. Bəzi ölkələrin hava limanlarında “Türkiyəyə getməyin, Türkiyəyə
gedişiniz Ərdoğanı gücləndirər” kimi anti reklamlar yer alır. Bu necə demokratiyadır?
Mən hərbi çevrilişlə hakimiyyətə gəlmiş bir prezident deyiləm. Xalqının 50 faiz
səsi ilə hakimiyyətə gəlmiş prezidentəm”.

sayt
Türkiyə prezidenti Ərdoğanın həmin çıxışından bir neçə hissəni tədim edir:

Bir xanımın
qopan başını damdan tapdıq…

“Təəssüf ki, Bir
xanım bacımızın qopmuş başını damdan tapdıq. Bunu edənlər görəsən hansı vicdan,
hansı insani bir quruluşa sahibdirlər ki, öz xalqına təyyarədən bomba
yağdıraraq, belə bir vəhşiliyi etdilər. Təəssüf ki, bu ölkə çevrilişlər tarixində
çox fərqli bir zərbəni yaşadı. 238 şəhid verdik, 2200-ə yaxın yaralımız var.
Dünən gecə, 12, 1, 2-nin yarısına kimi qazilərimizi axtarmışam. Bir dənəsi 34
yaşında gənc Sabridir. Yazılımcı, hava müdafiə sistemlərini çox sevən bir gəncimizdir.
Birinci tankın altına atılıb, ikinci tankın da altına atılan qardaşımız da inşallah
qolunu itirməyəcək. Telefonda danışarkən Sabri heç bir şey olmamış kimi “Rəisim
sən yaxşısanmı deyir. Bu inam, bu qətiyyət olduqca bu millətə zərbələr heç bir
şey edə bilməyəcəklər.

Prezidentim,
aman diqqətli olun…

“Bir polkovnikimlə
danışıram, 7 güllə alıb. Baxıram ki, polkovnikim hələ də bizi düşünür. “Bu
FETÖNÜN komandası hələ də buralardadır, aman prezidentim diqqətli olun” deyir.
Biz tədbirlər görürük, Davud polkovnikim, sən özünə yaxşı bax. Buradakı yeni
binamızın həm açılış mərasimində, həm də şəhidlərimizi anma gecəsində o atmosferi
görəndə bu millətin nə qədər güclü olduğuna bir daha şahid oldum. Əvvəl-axır bu
millət yoluna qətiyyətlə davam edəcək”.

Türkiyə güvənli
bir ölkədir…

“Türkiyə 1980-ci
illərin ortasından bəri silahlı terror təşkilatlarının təcavüzünə məruz qalmış bir
ölkədi. Elə indi də yenə bu işləri edirlər. Zaman-zaman yaşadığımız sosial,
siyasi və iqtisadi hücumların da onlardan yan keçmədiyini bilirik. Bu ölkəyə
görə narahat olmayın. Bu ölkə güvənli bir ölkədir. Biz bütün terror aktlarını,
hətta Belçikaya terrorçuların adlarını da verdik, amma onlar xeyir terrorçu
deyillər deyib buraxdılar.  Sonra getdilər
hava limanında özlərini partlatdılar”.

 

Zəhra

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler