Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bir tek özelleşdirme ölke iqtisadiyyatını xilas ede bilmez”

29 Ağustos 2016

4:24 pm


29/08/2016 [20:22]: xeber –
Məlum olduğu kimi, bu günlərdə daha
51 dövlət müəssisəsi özəlləşdirilməyə çıxarılıb.

Maraqlıdır, özəlləşdirmələrlə ölkə iqtisadiyyatını indiki ağır vəziyyətdən
çıxartmaq mümkündürmü? Bu özəlləşdirmələr ölkə iqtisadiyyatına nə vəd edir?

sayt-a açıqlama verən iqtisadçı-ekspert Samir Əliyev məlum özəlləşdirmələrin
bir neçə məqsədə xidmət etdiyini vurğuladı:

“Özəlləşdirmə hər zaman çətin iqtisadi dövrlərdə gündəmə gəlir. Britaniya kimi böyük iqtisadiyyata malik bir dövlət
2008-ci ildə dünya iqtisadi böhranı başlayan zaman bir sıra müəssisələri özəlləşdirməyə
çıxartmağa məcbur oldu. Dövri olaraq digər ölkələr də özəlləşdirmə
rıçaqlarından istifadə ediblər. Burada məqsəd həm büdcəyə əlavə vəsait gətirmək,
həm də həmin sahəni özəl sktora verməklə onun saxlanması üçün gərəkən büdcə xərcinə
qənaət etməkdir.  

Azərbaycanda da özəlləşdirmə iqtisadi vəziyyətin pisləşdiyi bir dövrdə
meydana çıxıb.

Bundan əvvəl Azərbaycanda iki özəlləşdirmə proqramı olub. Bundan əvvəlki
özəlləşdirmə proqramlarında dhaa çox sovet dönəmindən qalan müəssisələrin özəlləşdirilməsi
nəzərdə tutulurdu. Indi də özəlləşdirilən müəssisələr sovet dönəmindən qalma müəssisələrdir.
Hansı ki, bu müəssisələrinb çoxu işləmir. Daha çox həmin obyektlərin əraziləri
qalıb. Bu özəlləşdirmədə məqsəd büdcəyə əlavə vəsasit cəlb etməkdir. Daha bir məqsəd
isə bu sahələri özəl sektorun istifadəsinə verib onu canlandırmaqdır.

Özəlləşdirmə iqtisadiyyatı xilas etməyəcək.Vəziyyətdən çıxmaq üçün
islahatlar paketi hazırlanmalıdır. Özəlləşdirmə atılması gərəkən addımlardan
sadəcə biridir. Əsas addım kimi köklü islahatlar həyata keçrilməlidir”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler