Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bir sürücünün 43 min manat mebleğinde cerimelenmesi normaldırmı?

07 Ekim 2016

12:32 pm


07/10/2016 [16:31]: xeber –
Məlum olduğu kimi, oktyabrın
6-da saat 17 radələrində Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində, Sumqayıt Şəhər
Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin inzibati binasının yaxınlığında
Abşeron rayonu Pirəkəşkül qəsəbə sakini Cəmil Məmmədov intihar məqsədilə özünü
yandırıb. C.Məmmədovun intihara cəhd etməsinə səbəb isə avtomobilinin müvəqqəti
duracaqda yerləşdirilməsi olub.

Məlum olayla bağlı açıqlama
verən DİN C.Məmmədovun idarə etdiyi avtomobillə bağlı 463 ədəd elektron
protokol tərtib olunduğunu,  adıçəkilən şəxsin
43.000 manat məbləğində cəriməsi olduğunu bidlirib.

Maraqlıdır, bir sürücü ilə
bağlı 43 min manat məbləğində cərimə tətbiqi nə dərəcədə normaldır? On min
manatlarla cərimə borcu olan sürücünün 6 oktyabr tarixinə qədər avtomobil idarə
etməsi necə mümkün olub?

sayt-a açıqlama
verən Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Yol hərəkət təhlükəsizliyinin
təbliği və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məsələ
ilə bağlı bəzi nüanslara diqqət çəkib:

“C.Məmmədovun maşını
mühafizə olunan duracağa yerləşdirilib. Buna səbəb avtomobilində görünüş dairəsini
məhdudlaşdıran əlavə avadanlığın quraşdırması olub. Saxlanılan zaman məlum olub
ki, C.Məmmədov sürücülük hüququ olmadan avtomobili idarə edib. Bu şəxslə bağlı bir
il ərzində 463 elektron protokol tərtib olunub. Elə gün olub ki, bir gündə 2-3
dəfə müxtəlif qayda pozuntusuna görə onun barəsində elektron protokol tərtib
edilib. Dünən isə Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları
tərəinfən avtomobil müvəqqəti duracağı yerləşdirilib. Sürücü haqqında müvafiq tədbir
görülüb”.

K.Əliyev 43 min manat məbləğində
cərimənin yığılıb qalmasının isə müxtəlif səbəbləri ola biləcəyini qeyd edib:

“Bunun müxtəlif səbəbləri
ola bilər. Ola bilsin ki, məktublar ona çatmayıb. Məsələ bundadır ki, adətən bir
il ərzində bir sürücü barəsiində maksimum 10-15 protokol ola bilər. Yoxsa 463 ədəd
protokol olmur. Görünən odur ki, bu şəxs II qrup əlil olmasından istifadə edərək
çoxlu sayda qayda pozuntusuna yol verib. Özünü yandıran zaman yüngül dərəcəli
yanıq xəsarəti alıb. Ola bilsin ki, o, bunu məsuliyyətdən yayınmaq üçün edib. Lakin
hər halda sürücü II qrup əlil olmasına, idarə etdiyi avtomobilin ona dövlət tərəfindən
verilməsinə baxmayaraq mövcud qayda-qanunlara riayyət etməlidir. Fikirləşməlidir
ki, o, hərəkətləri ilə yalnız öz həyatı üçün deyil, digər insnaların da həyatı
üçün təhlükə yaradır”.

 

Seymur Əliyev 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler