Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bir Qerbi Azerbaycanlı kimi Əli İnsanova qarşı olanları pisleyirem…”

31 Ağustos 2016

11:16 am


31/08/2016 [15:13]: xeber –
Xəbər verdiyimiz kimi eks səhiyyə naziri Əli İnsanova qarşı növbəti cinayyət işi açılıb. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sayt-a açıqlamasında məsələyə münasibət bildirib:“Əli İnsanov Yeni Azərbaycan Partiyasının qurucularından olub. Heydər Əliyevin Azərbaycana qayıdışında böyük xidmətləri olan bir insandır o. Mən istəməzdim ki, ölkəmizdə qisasçılıq toxumu səpilsin. Hakimiyyətdə olan bir qrup yaşı keçmiş qisasçılıq ruhunda yaşayır. Onlar bununla mənim qardaşım İlham Əliyevə xəyanət edirlər. Əli İnanovun 70 yaşı var onun heç bir siyasi iddiası da yoxdur. Mən də bir Qərbi Azərbaycanlı kimi Əli İnsanova qarşı olanları pisləyirəm. Mən şəxsən prezidentin yerinə and içməyə hazıram ki, İlham Əliyevdə heç zaman qisasçılıq hissi olmayıb. Sadəcə olaraq prezidentin yanında olan bəzi insanlar belə addım ataraq İlham Əliyevə qarşı təxribat edir. Biz Qərbi azərbaycanlılar hər zaman prezidentin ətrafında olmuşuq, bundan sonra da bu belə olacaq. 10 milyonluq xalqıq, bir-birimizə qarşı qisasçı mövqedə durmamalıyıq. Hamımız prezidentə dəstək olmalıyıq. Dövlətin idarə olunması bir regionun nəzarətinə keçməməlidir. Mən çalışacam bu sahədə də İlham Əliyevə kömək edim. Nə qədər ki, mən varam imkan verməyəcəm ki, qardaşım İlham Əliyevə zərbə dəysin”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler