Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bir partlayışın xerci – 61 milyard dollar…

15 Temmuz 2016

8:40 pm


16/07/2016 [00:37]: xeber –
sayt xarici KİV-lərə istinadən xəbər verir ki,dünyaca məşhur və aparıcı neft şirkəti olan BP-nin 2010-cu ildə baş verən partlayışa görə 61.6 milyard dollar xərci çıxıb.Şirkət tərəfindən bu gün verilən açıqlamaya görə, milyonlarla barel neftin dənizə sızdığı faciənin BP-yə ümumi zərəri 61.6 milyard dollar olub.Partlamanın baş verdiyi gündən bəri BP ağır cəzaları ödəməyə məhkum edilib. Dənizə sızan nefti təmizləmək üçün görülən işlərin xərci də milyardlarla dolları aşıb. 87 gün davam edən faciədə okeana 500 milyon litr xam neft axmışdı. ABŞ tarixinin ən böyük təbiət faciəsi olaraq qeyd olunan partlayışda 11 işçi ölmüşdü. Keçən il bu hadisə barədə fikir bildirən şirkət rəhbərlərindən Bob Dudley, faciəni şirkət baxımından “ölümə yaxın bir təcrübə” olaraq təyin etmişdi. NTV-də dərc olunan xəbərə görə, yaşanan hadisənin şirkəti dərindən sarsıtdığını deyən Dudley, bu hadisədən dərs aldıqlarını və problemin kökünə enərək BP-də geniş diametrli tənzimləmələr etdiklərini açıqlamışdı. Şirkət faciənin gətirdiyi zərərləri qarşılamaq üçün BP-nin təxminən 30 milyard dollarlıq varlığını satdığını vurğulamışdı. BP-nin Maliyyə Meneceri Brian Gilvary, bu xərclərin qısa zamanda tənzimlənəcəyini, dünyanın ən böyük neft şirkətlərindən biri sayılan BP-nin yoluna davam edəcəyini söyləmişdi. Qeyd edək ki, baş verən partlayışdan sonra bir çox maliyyə mütəxəssisi tərəfindən BP-nin iflas edəcəyi istiqamətində şərhlər verilmişdi.Xatırladaq ki, ABŞ 20 aprel 2010 – ci ildə ərazisinə daxil olduğu sularda meydana gələn partlayışdan sonra şirkəti məhkəməyə vermişdi. İki tərəfin vəkilləri beş illik iddia müddətinin ardından 2015-ci ilin noyabr ayında BP-nin 20 milyard dollar ödəməsinə razılaşmışdı. Bu rəqəm ABŞ tarixinin bir dəfəyə bir şirkətlə edilən ən böyük təzminatı olub.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler