Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bir nömreli pambıqçıdan prezidentin Sabirabad seferine nikbin şerh…

17 Eylül 2016

7:48 pm


17/09/2016 [23:45]: xeber –
Prezidentin bu gün Sabirabadda pambıqçılığın inkişafına həsr olunmuş birinci zona müşavirəsində səsləndirdiyi fikirlər, verdiyi tapşırıq və tövsiyyələr ölkə pambıqçılarının ürəyindən xəbər verir və onları yeni uğurlara həvəsləndirir.Bunu sayt-a açıqlamasında ölkənin ən məşhur pambıqçılarından hesab olunan, ötən il əkdiyi 220 hektar pambıqla rekord vuran sabirabadlı fermer Əfras Əsgərov bildirib. Bu il əkin sahəsi yarıbayarı azalsa da məhsuldarlığını xeyli artıran və artıq təkbaşına 15 ton məhsul toplamaqla ölkə üzrə birinciliyi kimsəyə verməyən Ə. Əsgərov prezidentin rayona gəlişini fermerlərin toy-bayram kimi qiymətləndiridiyini deyir:”Cənab prezidentin Sabirabadda keçirdiyi müşavirə bizə yeni güc verib. Fermerlər ölkə rəhbərliyinin bu diqqətini önəmli sayırlar. Fernerlər həm min bir zəhmətlə başa gələn ağ qızılın alış qiymətin qaldırılmasını, həm də bundan sonra bu sahəyə yönləndiriləcək dovlət qayğısını rəğbətlə qarşılayırlar. Xüsusilə əkinə yararlı torpaq sahələrinin fermerlərin ixtiyarına verilməsi məsələsi mənim diqqətimi cəlb etdi. Ən sensasion hesab etdiyim məsələ isə o oldu ki, prezident gələn ildən subsidiyaların hektara görə yox, Avropada olduğu kimi əldə olunan məhsulun miqdarına görə veriləcəyini bildirdi. Hesab edirəm ki, bu qaydanın tətbiqi pambıqçılığın sürətli inkişafına elə gələn ildən öz töhfəsini verəcək. Yeri gəlmişkən, qeyd edim ki, mənim o vaxt hökumətə verdiyim 10 təklifdən biri bu idi”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler