Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bir nömreli pambıqçıdan Heyder Əsedov ve Mamed Musayev haqqında İlham Əliyeve ŞİKAYƏT…

14 Ekim 2016

8:00 pm


14/10/2016 [23:12]: xeber –
Qardaşı ilə birlikdə bu günədək 250 tondan artıq pambıq tədarük edən ölkənin bir nömrəli pambıq fermeri Əfras Əsgərov sayt vasitəsilə prezident İlham Əliyevə müraciət edərək pambıqçılığın üzləşdiyi problemlərlə bağlı onunla görüşmək istəyir.Maraqlıdır ki, Ə. Əsgərov şəxsən prezident İlham Əliyevlə görüşmək üçün bizim ona yardım etməyimizi xahiş edir. Amma fermerin diqqətinə çatdırdıq ki, biz sadəcə onun müraciətini ictimailəşdirmək imkanındayıq. Amma eyni zamanda ümid edirik ki, müvafiq qurumlar və bu sahəyə cavabdeh olan rəsmi şəxslər fermerin bu harayını ciddiyə alacaq və prezidentin pambıqçılığın inkişafı üçün göstərdiyi səyləri öz əməli işləri ilə qiymətləndirəcəklər:Fermer təəssüflə bildirir ki, elə rayon var, bütövlükdə bu günədək elə iki qardaş qədər, yəni cəmisi 250 ton pambıq tədarük edə bilib. Əfras Əsgərov ölkə prezidentinin pambıqçılığın inkişafı ilə bağlı son təşəbbüslərini də ürəkdən alqışlayır və hazır pambığın hər kiloqramı üçün əlavə olaraq 10 qəpik subsidiya ayrılması haqqında imzaladığı sərəncamını aqrar sahəni dirçəldəcək inqilab hesab edir. Lakin tanınmış fermer kənd təsərrüfatına cavabdeh olan bir sıra məsul şəxslərin yarıtmazlığından, qeyri-peşəkarlığını, prezidentin bu cür xoşməramlı təşəbbüslərinə dəstək olmaq əvəzinə hər addımda bu işin tormozlanamasına rəvac vermələrindən də narazılığını bildirdi. Sahibkar bildirdi ki, hələ iyun ayının sonlarında “ÇTZ Aqro” MMC şirkətinin rəhbəri Arif İbrahimovla görüşərək  gələn il bol məhsul əldə edilməsi üçün yay şumunun aparılmasının vacibliyini onun diqqətinə çatdırıb. Arif İbrahimov da Əfras Əsgərovun bu arqumenti ilə razılaşaraq ən geci 15 günə yay şumu aparılması üçün lazım olan vəsaitin göndəriləcəyinə söz verib. Şirkət rəhbərinin verdiyi sözün səmimiliyinə inanan sahibkar ordan-burdan borc tapıb qardaşı ilə birlikdə 17 min manat xərc çəkərək 520 hektar sahədə yay şumu aparıblar. Amma verilən sözdən 4 ay keçməsinə baxmayaraq həmin maliyyə vəsaiti bu günədək verilməyib. Dəfələrlə Arif İbrahimova müraciət etsə və hətta kənd təsərrüfatı naziri Heydər Əsədov Sabirabadda olarkən şəxsən onunla görüşərək yaranmış durumu onun da diqqətinə çatdırsa da heç bir dəyişiklik olmayıb. Səbəbsə “ÇTZ Aqro” MMC şirkətini maliyyə vəsaiti ilə təmin edən “AqroKredit” Səhmdar Cəmiyyətinin sədri Mamed Musayevin ölkə pambıqçılığının inkişafına laqeyd yanaşması və hətta prezidentin bu təşəbbüsünü sabotaj etməsidir:“Kənd təsərrüfatının inkişafına cavabdeh olan məmurların bu sahənin qayğılarından, ehtiyac və umacaqlarından anlayışları yoxdur. Anlasaydılar bilərdilər ki, pambıqçılıqda bol məhsul yetişdirilməsi üçün ilk növbədə yay şumu aparılmalı və aqrotexniki qulluq edilmiş sahədə çiyid əkininə başlanılmalıdır. Yayda şum aparılan sahədə əkilən pambıq ən azı 10 sentner artıq məhsul verir. Məhz bu cür məsuliyyətsiz məmurların səhlənkarlığı ucbatından ötən təsərrüfat ilində əkin sahələri aprel ayında şumlandı və may ayının əvvəllərində çiyid səpini həyata keçirildi. Elə bunun nəticəsində ölkə üzrə min hektarlarla pambıq sahəsi var ki, bol məhsul yetişdirilsə də havaların soyuması üzündən pambıq qozaları açmadı və minlərlə fermer külli miqdarda zərərə düşməkdədir. Amma vaxtında əkin-səpin aparılsaydı yayın qızmar vaxtında pambıq yetişər və sentyabrın ilk günlərindən bol məhsul tədarükünə başlanılardı. Doğrusu mən anlamaqda çətinlik çəkirəm. Ölkə başçısı bütün vasitələrlə pambıqçılığın inkişafı üçün əlindən gələni əsirgəmir, amma bu dövlətin imkanlarından Mamed Musayev kimi geninə-boluna bəhrələnərək rahat kabinetlərində xumarlanan məmurların məsuliyyətsizliyinə nə ad vermək olar? Mən buradan cənab prezidentə səslənirəm ki, həmin səriştəsiz məmurlar üzündən bizim kimi sahibkarlar, fermerlər çox böyük əziyyətlər çəkirlər. Təkcə bir faktı deyim ki, dünən sahələrdən əl yığımı ilə 8 ton pambıq yığmışamsa texnika çatışmazlığı səbəbindən 1 ton pambığım sahələrdə qalıb xarab olub. Bu gün də 10 ton pambıq yığsam da yenə də sahədə bir tondan artıq pambıq qaldı. Sabirabad rayonunda keçirilən birinci respublika müşavirəsində prezident xüsusi olara tapşırıq verdi ki, yaxşı pambıqçılara diqqət və qayğı göstərilsin, onlar yaxşı torpaqla təmin olunsun və bu sahənin inkişafı üçün hər cür dəstək verilsin. Amma biz reallıqda bunun əksini görürük. Təsəvvür edin ki, təkcə 10 hektarlıq bir sahədən ikinci dərimlə bu günədək 43 ton pambıq götürmüşəm. Başqa 40 hektarlıq bir sahədənsə birinci dərim başa çatıb və artıq 60 tondan artıq məhsul götürmüşük. Bunlar indiki reallıqda böyük rəqəmlərdir. Məhsuldarlıq da pis deyil. Amma bayaq dediyim kimi vaxtında şumlama aparılsaydı və kənd təsərrüfatına cavabdeh olan məmurlar yerində olsaydı pambıqçılıq Azərbaycanda çox rentabelli bir sahəyə çevrilərdi və kənd əhalisi də kifayət qədər pul qazanaraq güzəranını xeyli yaxşılaşdırardı. Amma həmin məmurların səhlənkarlığı və məsuliyyətsizliyi ucbatından pambıq gec yetişdirildi, nəticədə pambıq ağarmadı deyə fermerlərin bir çoxu indi təpəsinə döyə-döyə qalıb. Çünki bir çox fermer çiyidi may ayında səpdiyindən bir aylıq gecikmə baş verdi və məhsul yetişmədiyindən sahələrdə fermerlərə göz dağına çevrildi. Prezident Sabirabaddakı müşavirədə bildirdi ki, müxtəlif imkanlı adamlar əllərində kifayət qədər torpaq saxlayırlar, onları alıb pambıq əkən sahibkarların ixtiyarına vermək lazımdır. Ölkə başçısı ciddi şəkildə tapşırdı ki, bu istiqamətdə nəzərəçarpacaq dönüş olmalıdır. Amma bu günə kimi bu istiqamətdə bir addım atılmayıb. Ona görə də tutaq ki, mən bir hektar torpaq icarəyə götürmək üçün birinin qapısına 10 dəfə ayaq döyüb xahiş-minnət edirəm. Amma kifayət qədər geniş sahələr var ki, imkanlı adamlar zamanında ələ keçiriblər, nə özləri bir şey əkib becərirlər, nə bizə verirlər. Biz də onu deyirik ki, həmin torpaqları onu əkib becərib dövlətə və kəndlilərə gəlir qazandırmağı bacaranlara vermək lazımdır. Bununla bağlı prezident ciddi göstəriş verib axı, amma irəli durub onun tapşırıqlarını həyata keçirmək istəyən yoxdur”. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler