Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Binali Yıldırım: “Türkiye İraqda herbi varlığını sürdürecek!”

06 Ekim 2016

1:12 pm


06/10/2016 [17:10]: xeber –
sayt xəbər verir ki, Türkiyənin Baş naziri Binali Yıldırım Türkiyənin İraqda hərbi varlığını sürdürəcəyini bəyan edib. “Musul əməliyyatının yaxınlaşdığı günlərdə İraq hökumətindən anlaşılmaz bəyanatlar eşidirik. İraqda 63 ölkədən hərbi qüvvələr mövcuddur. Yeni Zellandiyadan da hərbi qüvvələr var. Türkiyə ilə 350 km-dan çox sərhədi olan, 30-35 ildir ölkəmizin başına bəla olan PKK terror təşkilatının sığınaq yerinə çevrilən İraqda bugünə qədər heç bir tədbir görülməzkən və 63 ölkədən burada terrorla mübarizə adı altında hərbi ünsürlər saxlanılarkən, bunları bir kənara qoyub Türkiyənin orada hərbi varlığına diqqəti çəkmək yersizdir. Bu bəyanatların qətiyyən xoş niyyətlə izahı yoxdur.İraq hökuməti nə deyirsə desin, bölgədəki İŞID terroru ilə mübarizədə demoqrafik quruluşun dəyişdirilməməsi üçün, Türkiyə İraqda hərbi varlığını sürdürəcək.Bir çox ölkə İraqda hərbi qüvvələrini saxlayarkən tarixən orada hər zaman olmuş Türkiyə haqqında boş boş sözlər danışmaq İraq hökumətinin həddinə deyil.”


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler