Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bilirik ki, Azerbaycanda rus dilinin öyrenilmesine nece hessas yanaşılır”

20 Haziran 2016

2:36 pm


20/06/2016 [18:35]: xeber –
Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı iqtisadi məsələləri müzakirə edib. Prezidentlərin Sankt-Peterburq görüşündə ikitərəfli münasibətlər müzakirə olunub. “Bu gün müzakirə edəcəyimiz problem bəllidir. Bu, bizə çoxdan qalan Qarabağ problemidir. Lakin mən görüşümüzdən istifadə edib ikitərəfli münasibətlərimiz haqqında danışmaq istəyirəm. Bizə məlum olan səbəblərdən təəssüf ki, ticarət dövriyyəmizin aşağı düşməsini müşahidə edirik”,- deyə Putin qeyd edib. Rusiya prezidenti bildirib ki, hər iki lider bunun səbəbini bilir: “Ticarət dövriyyəsinin aşağı düşməsinə səbəb enerji daşıyıcılarının qiymətinin ucuzlaşması və eləcə də milli valyutaların məzənnəsi arasındakı fərqdir”.  Prezidentlər ikitərəfli əməkdaşlığın humanitar perspektivlərini də müzakirə ediblər: “Bilirik ki, Azərbaycanda rus dilinin öyrənilməsinə necə həssas yanaşılır. Bizim ali məktəblərin filiallarının necə uğurla fəaliyyət göstərdiyini bilirik. Bütün bunları yüksək qiymətləndiririk. Ümid edirəm ki, belə işlər bundan sonra da bütün istiqamətlərdə davam etdiriləcək”. Prezident İlham Əliyev rusiyalı həmkarını Peterburq İqtisadi Forumunun uğurlu keçməsi münasibəti ilə təbrik edib. İ. Əliyev Azərbaycanın bu forumda fəal iştirak etdiyini söyləyib. Rusiya-Azərbaycan ticarət dövriyyəsindən danışan İ. Əliyev bunun müvəqqəti xarakter daşıdığını qeyd edib: “Biz ticarət dövriyyəsinin bərpa olunmasının yollarını və möhkəmləndirilməsini axtarırıq. Hesab edirəm ki, bu, baş verəcək. Bundan başqa bizim enerji sahəsində qarşılıqlı aktiv fəaliyyətimiz var. Nəqliyyat əməkdaşlığında da yaxşı perspektivlərimiz var”. İ. Əliyev Vladimir Putini Azərbaycanda görmək arzusunda olduğunu da bildirib. 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler