Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bilik ve peşekarlıq yegane meyardır…

29 Eylül 2016

7:04 am


29/09/2016 [11:01]: xeber –
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Nazirlər Kabineti Təhsil Nazirliyinin təklifinə əsasən fevral ayının 3-də Bakı Sənaye-Pedaqoji Kollecinin Azərbaycan Dövlət Pedaqoji Kollecinə qoşularaq, sonuncunun Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci (ADPK) adlandırılması haqqında qərar qəbul edib. Bu qərarın qəbul edilməsində məqsəd orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması, təkrarlanmanın aradan qaldırılması, idarəetmənin, maliyyələşdirmənin, kadr hazırlığının səmərəsinin və keyfiyyətinin yüksəldilməsidir. Qeyd etməyə dəyər ki, ADPU-nun nəzdində fəaliyyət göstərən ADPK ölkəmizin böyük və tanınmış orta ixtisas təhsili müəssisələrindən biridir. Bəs hazırda ADPK-də təhsilin keyfiyyətinin yüksəldilməsi və idarəetmənin optimallaşdırılması üçün hansı işlər həyata keçirilir? ADPU-nun nəzdində fəaliyyət göstərən ADPK-nin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzovun verdiyi məlumata görə, hazırda kollecdə 4 minə yaxın tələbə təhsil alır. 2016-2017-ci tədris ilində kollecə “Məktəbəqədər təhsil”, “İbtidai sinif müəllimliyi”, “Ailə və ev təhsili”, “Texnologiya müəllimliyi”, “Fiziki tərbiyə”, “Təsviri incəsənət”, “Peşə təlimi” ixtisasları üzrə 700-dən çox tələbə qəbul olunub. Onların yarıdan çoxu ödənişli əsaslarla, qalan hissəsi isə dövlət sifarişi əsasında qəbul olunublar. Kollecdə 265 nəfər müəllim işləyir, 7 əyani və 1 qiyabi şöbə fəaliyyət göstərir. ADPK-nin Pedaqoji Şurasının iyul ayının 12-də ötən tədris ilinin yekunları ilə bağlı keçirilən iclasında müəllimlərin bilik və peşə bacarıqlarının qiymətləndirilməsinin keçirilməsi haqqında müvafiq qərar qəbul edilib. Zərurətdən irəli gələn, həmçinin şəffaf və obyektiv keçirilən bu qiymətləndirilmə mövcud dərs yükünün ədalətlə bölünməsinə müsbət təsir edib. Eyni zamanda bu qiymətləndirmə müəllimlərin daim öz üzərində işləmələrinə, bilik və bacarıqlarını, peşəkarlıq səviyyələrini artırmağa stimul verib. Qeyd edək ki, kollecdə müəllimlərin bilik və peşəkarlıq səviyyələrinin qiymətləndirilməsinin davamlı olması nəzərdə tutulur ki, bu da öz növbəsində tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına və diferensial əməkhaqqının tətbiq edilməsinə hesablanmış bir addımdır. Hazırda kollecdə müəllimlərin fəaliyyətinin tələbələr tərəfindən anonim qiymətləndirilməsi, açıq dərslərin təşkil edilməsi sahəsində tədbirlər həyata keçirilir. Bu qeyd etdiklərimizlə yanaşı, ADPK-də tələbə-gənclərin ictimai fəallığının artırılmasına, onların kollecin idarəçiliynə yaxından cəlb edilmələrinə və təşəbbüslərinin dəstəklənməsinə ciddi diqqət yetirilir.ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler