Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bilik günü” AzMİU-da qeyd olunub – Fotolar

15 Eylül 2016

9:16 am


15/09/2016 [13:13]: xeber –
Sentyabrın 15-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Bilik günü münasibətilə tədbir keçirilib. Azərbaycan Respublikasının dövlət himniylə açılan tədbirdə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova çıxış edib. Tələbələri, professor-müəllim heyətini yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edən rektor Prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan, bu sahədə aparılan köklü islahatlardan, habelə bu il universitetdə aparılan quruculuq işlərindən danışıb. Eyni zamanda rektor bu ilki qəbul prosesinə toxunaraq yüksək balla universitetə daxil olub tələbə adını qazanan abituriyentləri də təbrik edib. G.Məmmədova qeyd edib ki, universitetin Azərbaycan və rus bölmələrinin bakalavr pilləsinə 2016/2017-cı tədris ili üçün 23 ixtisas üzrə 1445 abituriyent qəbul olaraq tələbə adını qazanıb. Onlardan 488 nəfəri dövlət sifarişi, 957 nəfəri isə ödənişli əsaslarla təhsil alacaqlar. Rektor vurğulayıb ki, qəbul planının yerinə yetirilməsi təkcə sayda deyil, eyni zamanda keyfiyyətdə də özünü göstərir. Belə ki, qəbul olunanlar arasında ən yüksək nəticə göstərən Cəmil Mustafazadə 685 balla “Memarlıq” ixtisasını seçib, rpezident təqaüdünə layiq görülüb.“Yüksək göstəricilər AzMİU-nun “İnşaat mühəndisliyi” ixtisasının (ingilis bölməsi) payına düşür ki, orada orta keçid balı 516 bal olmaqla Universitet üzrə orta keçid balından çox yüksəkdir. Nəticələrə əsasən demək olar ki, məhz bu ixtisasa maraq hər il olduğu kimi bu il də yüksək olub. Onu da qeyd edək ki, bu il bir neçə ixtisasın (İnşaat mühəndisliyi, Nəqliyyat tikintisi mühəndisliyi və İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ) qəbul qaydalarında minimal keçid balı 250 bal müəyyənləşib ki, bu da həmin ixtisaslara daha savadlı abituriyentlərin qəbul olunması deməkdir. Eyni zamanda digər ixtisaslarda da 500-dən yüksək bal toplayaraq tələbə adını qazanan abituriyetlər çoxluq təşkil edir. Bütün bunlar bir daha təsdiqləyir ki, Universitetdə bütün ixtisaslara daha savadlı, bacarıqlı abituriyentlər qəbul olunublar. AzMİU-nun magistratura pilləsində də qəbul göstəriciləri yüksək olan bakalavrlar magistr adını qazanıblar. Magistraturaya qəbul olunan 160 bakalavrdan 114-ü dövlət hesabına, 46 nəfəri isə ödənişli əsaslarla təhsil alacaqlar”.Rektorun geniş və əhatəli çıxışından sonra söz qonaqlara verilib. Energetika nazirinin müavini Natiq Abbasov bir zamanlar oxuduğu doğma Universitetinə qonaq kimi dəvət olunduğunu, bayram günü tələbələr və professor-müəllim heyəti qarşısında çıxış üçün söz verildiyini yüksək dəyərləndirərək tədbir iştirakçılarını Bilik günü münasibətiylə təbrik edib, onlara uğurlar diləyib.Bu il birinci kursa qəbul olunan tələbələr də tədbirdə çıxış ediblər, qazandıqları uğurlara görə təhsil aldıqları təhsil ocaqlarına minnətdarlıqlarını bildiriblər, onlara göstərilən etimadı doğruldacaqlarına söz veriblər.Tədbirin sonunda universitetə yüksək balla daxil olan gənclərə tələbə biletləri və qiymət kitabçaları təqdim olunub, onlarla xatirə şəkli çəkilib.AzMIU-nun mətbuat xidməti


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler