Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bıçaq öz sapını başqa bir biçaq olmadan yona bilmediyi kimi… “

18 Ekim 2016

12:52 pm


18/10/2016 [16:50]: xeber –
“Həqiqətən Biz sənə kövsər bəxş etdik! Ona görə də (bu nemətlərə şükr edərək) Rəbbin üçün namaz qıl və qurban kəs! (Oğlanların vəfat etdiyi zaman sənə sonsuz deyən) düşmənin özü sonsuzdur! (Sənin nəslin qiyamətə qədər törəyib artaraq, adına həmişə rəhmət oxunacaqdır!)” “Quran”, “Kövsər” surəsi.Həzrəti Peyğəmbərin qiyamətə qədər törəyib artan və adına rəhmət oxunan nəslinin nüma-yəndələrindən biri də Seyid Mrşahverən ağadır. O, 1924-cü ildə Yardımlı rayonunun Pirembel kəndində doğulub. Atası Seyid Şahmar, anasının adı isə, seyidə Saray olub. 1920-ci illərin ortalarında atası rəhmətə get-diyindən bu seyid ailəsi dağlıq kənd olan Pirembeldən aran kənd olan Lallar (Masallı rayonu) kəndinə köçdülər. Bu vaxt ailədə Mirşahverən və Ağayar adında iki oğul var idi. Nəhayət, 1941-ci ildə İkinci Dünya müharibəsi başlayanda hamı kimi seyid ailəsinin də oğluna çağırış vərəqəsi gəldi. O vaxt Seyid Mir Şahverənin yaşı çatmadığından, böyük qardaşına çağırış vərəqi gəldi. Lakin, kiçik qardaş Mirşahverən böyük qardaşının öhdəsində övladlarının olmasını nəzərə alıb, yaşının az olmasına baxmayaraq, onun əvəzindən müharibəyə yollandı. 1942-ci ildə qolundan güllə yarası aldığına görə müharibədən tərxis olunub evinə qayıdır. Ailənin dolanışığı kolxozda işləməklə ödənirdi. Lakin, seyid Mirşahverən ağa ömrünü yalnız kolxozda işləməklə keçirmək fikrində deyildi. Onda hələ uşaqlıqdan Quran elminə böyük maraq vardı. Bu maraq onu 1960-cı illərin əvvəllərində Masallı rayonunun Köçəkli kəndinə gətirdi. Burada o, Molla Şıxverdidən Quranı öyrənməyə başladı. Daha sonra həmin kənddə yaşayan və İlahiyyat elmini dərindən bilən Molla Qaibin yanında elmi biliklərini təkmilləşdirdi. Bir gün Köçəkli kəndindəki bir məclisə özünü seyid kimi təqdim edən iki nəfər gəlib çıxır. Onlardan biri özünü məclis əhlinə göstərmək üçün “mən qaynar suya əlimi salaram, sən də edə bilərsənmi?” – deyir; o biri “mən yanan çırağı qoltuğumun altına qoyaram, sən də edə bilərsənmi?” – deyə, bir-birləri ilə şit zarafatlar edirlər. Onların belə özündənrazılıqları və özlərini xalqa göstərmək istəmələri Seyid Mirşahverən ağanın xoşuna gəlmir və onları susdurmaq məqsədi ilə durub qaynayan samovara yaxınlaşır, lüləyini açaraq, təzə qırxılmış başını qaynar suyun altına tutur. Məclis əhlinin gözü qarşısında başını yuyub quruladıqdan sonra gəlib yerində oturur. Bunu görən camaat gözlərini bayaq özlərini seyid kimi təqdim edən və “mən belə edərəm…” deyən iki nəfərə zilləyirlər ki, görsünlər onlar neyləyəcək. Vəziyyətin qəlizləşdiyini görən həmin iki nəfər susaraq, bir bəhanə ilə oranı tərk edirlər.Bu və digər kəramətlərini gördükdən sonra yerli  camaatın Seyid Mirşahverən ağaya hörmət və məhəbbətləri daha da artır. Kəndin ağsaqqalları ona təklif edirlər ki, ailəsini də yığıb, Köçəkliyə köçsün. Seyid əvvəlcə tərəddüd etsə də bir müddətdən sonra razılaşır. Ailəsini Köçəkli kəndinə gətirən Mirşahverən ağa əvvəlcə müəllimi Molla Şıxverdinin evində məskunlaşır. Daha sonra kənd sakinləri iməcilik yolu ilə kərpic kəsərək, Seyidə yeni yurd yerində ikiotaqlı ev tikib verirlər. Həmin vaxtdan Peyğəmbər nəsli bu kənddə yaşamağa başlayır.Seyid Mirşahverən ağa öz elmi, imanı, təqvası və ləyaqəti ilə müqəddəslik zirvəsinə çatmış, insanlar üçün kamillik və səxavət nümunəsi olmuşdur.Rəbbim “Qurani-Kərim”də belə buyurur:“Biz istədiyimiz şəxsi dərəcə-dərəcə yüksəldirik. Şübhəsiz ki, Rəbbin hikmət, elm sahibidir”. “Davar” surəsi, 83. Allah-təala Mirşahverən ağanın da xidmətlərini nəzərə alıb, onu dərəcə-dərəcə yüksəltmişdir. Çünki o, xalqa xidmət etdikcə, nəfsini öldürmüş və ruhən paklaşaraq, Allahla dostluğa layiq vəli bir qula çevrilmişdir. Yeri gəlmişkən, Peyğəm-bərimizin hədislərindən birində: “Bir qövmə xidmət edən şəxs (əcr və mükafata nail olmaq baxımından) onların ən üstünüdür” – deyə, buyurmuşdur. Başqa bir hədisi-şərifdə isə buyurur: “Bir nəfər yolda gedərkən qarşısında bir tikan kolu gördü və onu götürüb yoldan kənara atdı. Bu səbəbdən Allah ondan razı qaldı və qüsurlarını bağışladı”. (Buxari, Azan 32). Buradan belə məlum olur ki, Allah dərgahında ən məqbul əməl, Allah rizası üçün insanlara xidmət etmək və gözəl əxlaq sahibi olmaqdır ki, Mirşahverən ağanın simasında da biz bunun aydın nümunəsini görürük. O, bütün həyatını insanların hidayətə çatması və daxili aləmlərinin mənəvi gözəlliklərlə bəzədilməsi kimi ülvi bir xidmətə həsr etmişdir. Seyid Mirşahverən ağanın Allahla dostluq məqamına yüksəlməsinin bir səbəbi də, insanları Haqqa dəvət etməsi və onları pis işlərdən çəkindirməsi idi. Çünki Böyük Yaradan “Quran”ın “İmran ailəsi” surəsinin 104-cü ayəsində buyurur: “İçərinizdə insanları yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən adamlar olsun! Bunlar (bu adamlar) həqiqətən nicat tapmış şəxslərdir.”Seyidi başqalarından fərqləndirən əsas cəhət onun mərhəmətidir. Mərhəmətin təzahürü kimi edilən müqəddəs xidmətlərin başında da islami təbliğ və Haqqa dəvət gəlir. İnsanları xeyirxahlığa çağırmaq, xətalarını düzəldərək, bilmədiklərini öyrətmək, qəlblərini Allaha istiqamətləndirmək onlara edilən ən böyük xidmətlərdəndir. Həzrət Peyğəmbərimiz bu barədə belə buyurmuşdur: “Allaha and içirəm ki, Allah təalanın sənin vasitənlə bir nəfəri hidayətə çatdırması (ən qiymətli dünya neyməti sayılan) qızıl dəvələrə sahib olmağından daha xeyirlidir”. (Buxari, Əshabun-Nəbi, 9.)Başqa bir hədisdə isə müqəddəs Peyğəmbərimiz beləbuyurur: “Hidayət yoluna dəvət edən şəxs, ona tabe olanların əcri qədər mükafat alar. Bu, ona tabe olanların əcrindən hec bir şey əksiltməz! Pis bir yola dəvət edən insan da, ona tabe olanların günahı qədər günah alar. Bu da ona tabe olanların günahlarından heç bir şey əksiltməz” (Müslüm, Elm, 16; Əbu Davud, Sünnə, 6/4609).Təbliğ xidməti edən şəxsin elmli, əməlisaleh, səxavətli və gözəl əxlaq ilə yaşayaraq, başqalarına nümunə olması vacibdir ki, bu keyfiyyətlərin hamısını Mirşahverən ağada görmək mümkün idi. Belə yaşayan səmimi insanlar üzlərinə baxıldıqda Allahı xatırladan sadiq və övliya bəndələrdən olurlar. Belə ki, səhabələr: “Allahın övliya bəndələri kimlərdir?” – deyə soruşduqda, Allahın Rəsulu: “Allahın övliya bəndələri üzlərinə baxıldıqda Allah-təalanı xatırladan insanlardır”-deyə buyurmuşdur (Heysəmi,X, 78).Quran elmini öyrədən insana mürşid deyilir. Mövlana Cəlaləddin Ruminin maraqlı bir fikri var ki, “Bir bıçaq öz sapını başqa bir biçaq olmadan yona bilmədiyi kimi, insan da öz ruhunu, mənəviyyatını cilalamaq üçün bir mürşidə ehtiyac duyur”. Seyid Mirşahverən ağa dövrünün kamil mürşidi olaraq insanların ruhunun cilalanmasına, nurlanmasına, paklaşmasına xidmət edirdi. Və öz nuru ilə insanların həyat yollarına işıq saçırdı, onları yollarını azmalarına imkan vermirdi.Yeri gəlmişkən, Seyid Mirşahverən ağanın haşimilər nəslindən bir imam övladı olduğunu rəsmən təsdiq edən sənəd (şəcərə) bu gün onun Köçəklidə yaşayan oğlu Mirqadirin evində saxlanılır.Farsca yazılmış bu sənəddə aşağıdakı mətn yazılıb:Tərcüməsi:“Bismillahirrəhmanirrəhim.Bütün mömin və müsəlman qardaşlar, Mir Şahverən Mir Şahmar oğlu [imamın] sülaləsin-dəndir və əhli-beytə mənsubdur. Hər kim bu seyidə ianə etsə, Allaha və Allahın rəsuluna xoş gedər. Ali-Məhəmmədin xümsü baxımından ianə etmək lazım və vacibdir. Bunun cəddinin başqa adları belədir:Mir Şahverən ibn Mir Şahmar ibn Mir Hüseyn ibn Mir Rza ibn Mir Sücaəddin ibn Mir Qiyas ibn Mir Məhəmmədrəhim ibn Mir Məhəmmədyar ibn Yarməhəmməd ibn Mir Saleh ibn Mir Şahrux ibn Mir Əlvənddin ibn Mir Kamal ibn Mir Əlvənddin ibn Mir Şahrux ibn Mir Qiyas ibn Mir Saleh ibn Mir Hüseyn ibn Zeynəlabidin əleyhüssəlam”. Sənəd 5 özəl möhürlə təsdiqlənib. Möhürlərin sahiblərinin adları:Mir Qiyas;Qaib;Mir Ağabəy. İkisinin adı oxunmadı. Sənəddən göründüyü kimi, seyid Mirşahverən ağanın şəcərəsi İmam Zeynalabidin əleyhissəlama, onun da vasitəsi ilə Həzrəti Peyğəmbərimizə bağlanır.Mirşahverən ağa 1985-ci ilin 12 fevralında dünyasını dəyişdi. Onun Köçəkli kəndindəki pak məzarını ziyarət edib, bakıya yola düşürük.Paşa Yaqub – tədqiqatçı-yazıçıMasallı – Bakı Qeyd: Seyid Mirşahverən ağanın həyatı və kəramətləri barədə geniş məlumatı müəllifin “Kəramətin sirləri” kitabından oxuya bilərsiniz.müəllifin arxivi: http://www.moderator.az/search?q=pa%C5%9Fa+yaqub


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler