Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bezi oyuncaqlar uşaq pisxologiyasına menfi tesir edir

05 Temmuz 2016

11:28 am


05/07/2016 [15:24]: xeber –
Keçən yazımda  Nastrodamusun “Gül əkin, gül becərin” fikrini təhlil edərək, məşğul olduğu sahənin insan pisxologiyasına necə təsir etdiyindən bəhs etmişdim. Bu yazıda uşaqlarla bağlı vacib bir məqamı qeyd edim ki, oynadığı oyuncaqlar uşağın gələcəkdə şəxsiyyətinin formalaşmasına və xarakterinə təsir edir. Odur ki, uşaqlara ilan, qurbağa, meymun və s. bu kimi (hansı ki, uşaqlarımızın bu heyvanların adı ilə çağrıldığını eşidəndə xətrimizə dəyir) heyvanların oyuncağı ilə oynamağı qadağan etmək lazımdır. Çünki, həmin heyvandakı neqativ xüsusiyyətlər uşağın xarakterinə təsir edir.Təsadüfü deyildir ki, magiya ilə məşğul olanlar (cadugərlər, maqlar) insanlar arasına nifaq salmaq üçün məhz bu heyvanların müəyyən orqanlarından istifadə edirlər. Ona görə də magik təsirə məruz qalan insanda gecələr yuxuda diksinmə, qorxma baş verir. Necə ki, real həyatda həmin heyvanlar (ilan, qurbağa və s.) qəflətən qarşımıza çıxanda bizdə diksinmə, qorxma baş verir…Təcrübə göstərir ki, bu cür mənfi xüsusiyyətlərə malik heyvanların oyuncaqları (və yaxud heyvanın özü ilə) oynayan uşaqlar böyüyəndə ətrafdakılara qarşı rəhmsiz və qəddar olurlar. Odur ki, uşaqlarımızı neqativ heyvanlardan və insanlardan qorumağa çalışmalıyıq.Desəm ki, ağaclardan da bu cür neqativ enerji yayanlar var, bəlkə də çoxlarınız  inanmayacaqsınız. İnanmayanlara belə bir təcrübə aparmalarını təklif edirəm: şam ağaclarının (iynəyarpaqlıların) kölgəsində fəaliyyət göstərən çayxanada oturub bir çaynik çay için. Sonra gedib söyüd, palıd və yaxud, digər enliyarpaqlı  meyvə ağaclarının altında oturub çay için. Fərqi açıq-aşkar hiss edəcəksiz: enliyarpaqlı ağacın (özəlliklə də bar verən ağacın) kölgəsində insan özünü daha rahat hiss edir və xoş təsir bağışlayır. İynəyarpaqlıların kölgəsində isə, insanın beyni tez yorulur. Heç bir istirahət effekti vermir.Ona görə də aqillər həmişə həyətə, küçəyə bar verən ağac əkməyi məsləhət bilmişlər. Belə ağacların həm kölgəsi, həm də barı cəmiyyət üçün faydalıdır. Çox təssüf ki, son dövrlərdə parklarda və küçələrdə (bəzən həyətlərdə də) əsasən bu cür barsız ağaclar əkilir. Bundan insanlara özləri də hiss etmədən neqativ enerji ötürülür.  Bəlkə də insanların ətrafdakılara qarşı bu cür aqressiv və rəhimsiz olmasının səbəblərindən biri də elə budur?!Müqayisə üçün deyim ki, küçədə qarşımıza çıxan bəzi insanların bizə heç bir pisliyi dəyməsə də, onları görəndə bizə xoş olmur, əsəblərimizi korlayır. Bəzi insanlar da var ki, bizə bir yaxşılığı dəyməsə də onları görmək bizə xoş gəlir. Əhvalımız yaxşılaşır. Bu inkarolunmaz faktdır və onların ötürdükləri enerji ilə bağlıdır. Qeyd edim ki, insanlar  öz enerjilərinə görə iki cürə olduğu kimi, bitkilər və heyvanlar da belədirlər. Odur ki, uşaqlarımıza oyuncaqlar alarkən, məhs müsbət aura yaradan heyvanların (ceyran, maral, dovşan və s.) oyuncaqlarına üstünlük verməliyik.Paşa Yaqub – tədqiqatçı-yazıçıYazarın arxivi: http: moderator.az/search?q=pa%C5%9Fa+yaqub




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler