Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bezen canımızı qurban vermeye hazır olduğumuz insanlara “Qelb qapımız” ele bağlanır ki…”

05 Eylül 2016

5:00 pm


05/09/2016 [20:59]: xeber –
Bəzi qapılar var ki, onlar sadəcə içəridən açılır. Onun adı Qəlb qapısıdır… İnsanlarla elə rəftar edin ki, qəlblərin-dəki qapı ömürlür sizə qapanmasın. Həyatın qəribə işləri var. Bəzən canımızı belə qurban verməyə hazır olduğumuz insanlara bir müddət sonra “Qəlb qapımız” elə bağlanır ki, onları bir daha həmin insana aça bilməyə özümüzün belə gücü çatmır artıq… Çox həssası o qapılar. Bir dəfə qapandımı, bir daha açılmaz. Nə qədər peşiman olub, təkrar günlərlə, aylarla döysəniz də…19-cu əsrin məşhur rəssamlarından olan Uilyam Holman Huntın “Kainatın işığı” adını verdiyi möhtəşəm tablosunu,əsərini yəqin ki izləmisiniz. Gecə əlində bir fənərlə bağçada duran filosof görünüşlü bir adam təsvir olunub. Adambir əliylə fənəri tutur, digəri ilə qapını vurur və içəridən bir cavab gözləyən halda durur. Həmin bu əsər London Kral Akademiyasında sərgilənən zaman tablonu incələyən bir sənət tənqidçisi Hunta dönərək deyir: “Həqiqətən, gözəl bir tablodur, amma anlamını heç cür qavraya bilmirəm. Adamın vurduğu qapı heç açılmayacaqmı? Qapı cəftəsini, (qapını döymək üçün tokmak) çəkməyi deyəsən unutmusunuz…”Hunt gülümsədi və o möhtəşəm cavabını verib tablosunun anlamını açıqladı: “Adam sıradan bir qapını vurmur ki… Bu qapı insan qəlbini simvolizə edir. Ancaq içəridən açıla bildiyi üçün bayırında cəftəyə (tokmağa) ehtiyac yoxdur…”P.S: Ürəklərinizin qapısını həmişə açıq saxlayın – yaxşılığa, munisliyə… Heç vaxt unutmayın ki, çöldə-bayırda laqeydliyin, biganəliyin üşütdüyü, zalımlığın qaçqın saldığı, sənin ünvanına ümid qapısı kimi üz tutan kimsə dayanıb. Bəlkə də, balandı, bacındı, qardaşındı…Qənirə Paşayeva, millət vəkili


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler