Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Beynelxalq Bank SOCAR-a kredit ayırdı

15 Eylül 2016

1:00 pm


15/09/2016 [16:56]: xeber –
Vəsait ölkədə qazlaşdırma işlərinin aparılması üçün istifadə ediləcək.SOCAR respublikada qazlaşdırma işlərinin aparılması üçün 100 milyon manat məbləğində əlavə kredit cəlb edib. sayt “İnterfax”a istinadən xəbər verir ki, bu barədə bu gün jurnalistlərə şirkətin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov məlumat verib.“Biz Azərbaycan Beynəlxalq Bankından (ABB) 198 milyon manat cəlb etməyi planlaşdırırıq. Nəticədə 100 milyon manat cəlb etdik. Qalan məbləğin cəlb edilməsi ilə bağlı məsələ, hələ ki, açıq qalır, hər şey Azərbaycan banklarının imkanlarından asılıdır”, – deyə o bildirib.Vitse-prezident qalan vəsaitin 2017-ci ildə cəlb ediləcəyini istisna etməyib.Bundan əvvəl SOCAR respublikada qazlaşdırma işlərinin aparılması üçün Mərkəzi Bankdan 10 il müddətinə 472 milyon manat cəlb edib və bu məbləğ tam istifadə olunub.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler