Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Beynelxalq Əliller Cemiyyeti” İB ile MDHİ Universiteti arasında saziş imzalandı

01 Temmuz 2016

11:24 am


01/07/2016 [15:21]: xeber –
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi və “Əlillər Dünyası” qəzetinin əməkdaşları bu günlərdə Rusiya Federasiyası Moskva Dövlət Humanitar-İqtisad Universiteti (MDHİU) ilə qarşılıqlı əməkdaşlıq barədə saziş imzalayıblar. Bu yaxınlarda 25 illiyini qeyd edən MDHİU MDB məkanında yeganə universitetdir ki, orada fiziki imkanları məhdud olan tələbələr üçün xüsusi şərait yaradılmışdır.MDHİU-nin rektoru, professor Vaqif Bayramov və hər iki təşkilatın rəhbəri, Qarabağ müharibəsi veteranı, 2-ci qrup əlil Tahir Xudiyev imzalanma mərasimində çıxış edərək bu əməkdaşlıqdan məmnun olduqlarını və bu əməkdaşlığın gənc nəslin tolerantlıq, multikultiralizm ruhunda tərbiyə olunmasında, başqa xalqların və millətlərin nümayəndələrinə hörmətlə yanaşmasında böyük rolu olacağına ümid etdiklərini vurğuladılar.İmzalanma prossesində iştirak edən İctimai Birliyin İdarə Heyəti üzvü, BDU-nun kafedra müdiri, professor İradə Hüseynova və İctimai Birliyin hüquqşünası, ədliyyə müşaviri Fərman Rzayev də bu əməkdaşlığın hər iki tərəf üçün, ələlxüsus da əlilliyi olan uşaqların lazımı təhsil almasına, eləcə də xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsinə stimul verəcəyini söylədilər. Tarix elmləri doktoru, professor İradə xanım müəllifi olduğu “Гейдар Алиев-от политического руководителя к общенациональному лидеру» («Heydər Əliyev-siyasi rəhbərdən ümummilli liderədək”), «Heydər Əliyev və Qafqazda sülh prossesi”, “Историческая энциклопедия Кавказа» («Qafqazın tarixi ensiklopediyası”), “История народов Кавказа» («Qafqaz xalqlarının tarixi”), “Tarix, zaman, düşüncələr” adlı elmi monoqrafiyalarını Universitetin kitabxanasına hədiyyə etdi.Tədbirdə Universitetin elmi-tədqiqat işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, dosent Natalya Orexovskaya, təlim-tərbiyə işləri üzrə prorektor, pedaqoji elmlər namizədi, professor Valeri Zozulya və digər əməkdaşlar iştirak edirdilər.Sonda tədbir iştirakçılarına ziyafət verildi, Moskvanın tarixi yerləri ziyarət olundu.“Əlillər Dünyası” qəzetindən01.07.2016




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler