Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Beşer Əsed yaxşı bilir ki, İsrail Suriyaya girerse hakimiyyetden getmeli olacaq”

19 Eylül 2016

7:04 pm


19/09/2016 [23:03]: xeber –
Ötən həftənin sonu türk mətbuatında İsrailin Suriyaya qırıcı təyyarələrlə hava zərbəsi endirməsi ilə bağlı məlumatlar yayıldı. Suriya tərəfdən əsasən Kolan təpələri bombalanıb və İsrail də buna qarşılıq olaraq Suriyaya avia zərbələr endirib. “Azərbaycan NATO İnstitutu”nun rəhbəri Fərrux Məmmədov sayt-a açıqlamasında adıçəkilən münaqişə bölgəsindəki son duruma aydınlıq gətirib:”Əslində artıq qırx ildən çoxdur ki, İsrail ərəb ölkələrində gedən bütün proseslərdə iştirak edir. BMT-nin heç bir qətnaməsi olmadan İsrail bu coğrafiyada təhlükəsizlik tədbirləri həyata keçirir. Buna misal olaraq hələ Səddam hakimiyyəti zamanı İsrail qırıcıları İraqın nüvə silahı hazırlandığı iddia edilən zavodu bombalamasını göstərmək olar. O zaman bu prosesdən sonra Səddam nüvə proqramından əl çəkməli olmuşdu. Bütün bunları analiz etdiyimiz zaman deyə bilərik ki, İsrail artıq çoxdandır Suriya məsələsində birbaşa iştirak edir. Amerika və Avropanın marağı var ki, İsrail münaqişənin həlli prosesində birbaşa iştirak etsin. Səbəb isə İsrailin qonşuluqda yerləşməsidir və onun təhlükəsizliyi bu gün üçün prioritet məsələdir. Suriyadan İsrailə raketin atılma məsələsinə gəlincə bu bir o qədər inandırıcı deyil. Bəşər Əsəd bugün İsraillə heç bir konfliktə getmək istəməz. O yaxşı bilir ki, İsrail ordusu Suriyaya girərsə, hakimiyyətdən getməli olacaq. Bu baxımdan Əsəd İsraillə münasibətlərin qorunmasında maraqlıdır. Lakin proseslər onu göstərir ki, böyük bir provakativ hadisəyə hazırlıq gedir. Əgər İsrailin iştirakı açıq şəkildə bəlli olursa, deməli, tezliklə Suriyada daha böyük münaqişələrin şahidi olacağıq!”Mehman Nəbiyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler