Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Beşer Əsad müxaliflerden alınan qesebede bayram namazı qıldı

12 Eylül 2016

2:32 pm


12/09/2016 [18:28]: xeber –
sayt “Reuters” agentliyinə istinadən xəbər verir ki, Suriya prezidenti Bəşər Əsad keçən ay müxaliflərdən alınan Deraya qəsəbəsində bayram namazı qılıb. Əsad, namazda yüksək çinli məmurlar və din xadimləri ilə birlikdə yer alıb. Əsadın Suriyanın paytaxtı Şam yaxınlığındakı Deraya qəsəbəsində ortaya çıxmasının simvolik önəmi var. Qəsəbə, 2011-ci ildə Əsada qarşı üsyan qaldıran qüvvələrin mərkəzlərindən biri hesab olunur. Qəsəbə sakinləri rejim qüvvələri tərəfindən 5 il mühasirədə saxlanılıb. Huminatar fəlakətlə üzləşən vətəndaşlar qida ehtiyaclarını qarşılaya bilmirdi. Nəhayət, silahlı müxaliflər vəziyyətin ağırlaşdığı görərək keçən ay Əsad rejiminin şərtlərini qəbul etməyə məcbur qalıb. Bayram namazını qıldıran axund bunları deyib: “Deraya bütün suriyalılar üçün uzlaşma və sülhün yeganə yol olduğunun sübutudur.”Qeyd edək ki, bugündən etibarən ABŞ və Rusiyanın vasitəçiliyi ilə rejim qüvvələri və müxaliflər arasında atəşkəs razılığı qüvvəyə minib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler