Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bes siz?- Qenire Paşayeva

17 Eylül 2016

12:12 pm


17/09/2016 [16:11]: xeber –
Gənclər arasında həyatdan şikayətlənənləri eşidəndə hər zaman bu hekayəni xatırlayıram və mütləq onlara danışıram. Təəssüf ki, bugünkü gənclərin xeyli hissəsinin ən böyük problemi psixoloji zəiflikdir. Həyatdan qorxmaq lazım deyil, hər zaman problemlərlə, çətinliklərlə mübarizə aparmaq lazımdır və ən əsası öz gücünə inanmaqdır. Bir zamanlar hər şeydən davamlı olaraq şikayət edən, hər gün həyatının nə qədər bərbad olduğundan gileylənən bir qız vardı. Həyat ona görə çox pis, gərgin, mürəkkəb və çətin idi və davamlı savaşmaqdan, mübarizə aparmaqdan yorulmuşdu. Bir problemi çözər-çözməz digər bir problem qarşısına çıxırdı. Gənc qızın bu gileyləri qarşısında peşəsi aşbazlıq olan atası ona bir həyat dərsi verməyi qərara alır. Bir gün onu özü ilə mətbəxə aparır. Üç ayrı qazanları su ilə doldurur və ocağın üstünə qoyur. Qazanlardakı sular qaynamağa başlayınca, bir qazana bir kartof, digərinə bir yumurta, sonuncusuna da qəhvə çəyirdəklərini atır. Daha sonra qızına bir söz demədən gözləməyə başlayır. Qızı da heç bir şey anlamasa da bu fəaliyyəti seyr edir və sonunda qarşılaşacağı şeyi görməyi gözləyir. Amma o qədər səbirsiz idi ki, bir neçə dəqiqə sonra sızlamağa və atasından daha nə qədər gözləyəcəklərini soruşmağa başlayır. Atası onun bu israrlı suallarına cavab vermir. İyirmi dəqiqə sonra adam qazanların altındakı atəşi söndürür. Birinci qazandan kartofu çıxarır və bir boşqaba qoyur. İkincisindən yumurtanı çıxarır, onu da başqa bir boşqaba qoyur. Daha sonra son qazandakı qəhvəni bir fincana boşaldır. Qızına dönərək soruşur: “Nə görürsən?”“Kartof, yumurta və qəhvə”, deyə qızı ironiya ilə cavab verdi.“Bir də daha yaxından bax”, – atası dedi, – Kartofa toxun”.Qız deyiləni etdi və kartofun yumşalmış olduğunu söylədi.“Eyni şəkildə yumurtanı da yoxla.”Qız qabığını soyduğu yumurtanın qatılaşdığını gördü. Ən sonunda ata qızının qəhvədən bir qurtum içməsini söylədi. Söyləniləm edən qızın üzünə qəhvənin nəfis dadıyla bir gülümsəmə yayıldı. Amma yenə də bütün bunlardan bir şey anlamamışdı.“Bütün bunların anlamı nədir, ata?”Atası kartofun da, yumurtanın da, qəhvə çəyirdəklərinin də eyni sıxıntını yaşadıqlarını, yəni eyni qaynar suyun içində qaldıqlarını deyərək əsl hikməti anlatmağa başlayır. “Amma qızım onların hər biri bu sıxıntı qarşısında fərqli-fərqli reaksiyalar verdilər. Kartof daha öncə sərt, güclü və güzəştsiz görünürkən, qaynar suyun içinə girincə yumşaldı və gücdən düşdü. Yumurta isə çox kövrək idi, incə qabığın içindəki mayeni qoruyurdu. Amma qaynar suda qalınca yumurtanın içi sərtləşdi, qatılaşdı. Ancaq qəhvə çəyirdəkləri bambaşqaydı. Qaynar suyun içində qalınca özləri dəyişdiyi kimi, suyu da dəyişdirdilər və ortaya tamamilə yeni bir şey çıxdı.”“Sən hansısan?”, – deyə ata qızından soruşdu. Bir sıxıntı ilə üzləşdiyində hansı reaksiyanı verəcəksən? Kartof kimi yumuşalıb əziləcəksən, yumurta kimi qəlbini də qatılaşdıracaqsan?Yoxsa qəhvə çəyirdəkləri kimi başına gələn hər olayın duyğularını yetkinləşdirməsinə və həyatına ayrı bir dad qatmasına izn verəcəksən?”Bəs siz?Qənirə PaşayevaMillət vəkili


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler