Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Beş rayon büdceye 55,3 milyon manat ödemeli olacaq

11 Ekim 2016

2:36 pm


11/10/2016 [18:35]: xeber –
Gələn ilin büdcəsində rayonlara ayrılan vəsait 2016-ci illə müqayisədə 10 dəfədən artıq azaldılıb. Bu isə o deməkdir ki, rayonlar öz büdcələrini özləri formalaşdırmalı, iş adamlarına maksimum şərait yaratmalıdırlar. 2016-ci ildə rayonlara ümumilikdə 774 milyon manat ayrılıb. Gələn il isə bu rəqəm cəmi 76 milyon manat olacaq. Bəzi rayonlara, ümumiyyətlə, vəsait ayrılmayacaq.Bu il büdcədən vəsait almayan regionların sayı 6 idi, gələn il isə 34 olacaq. Eyni zamanda onlardan 20 rayon özü büdcəyə müəyyən həcmdə vəsait ödəməlidir. Məsələn, gələn il büdcəyə Abşeron rayonu 22,9 milyon manat, Xaçmaz rayonu 7,3 milyon manat, İmişli 13,7 milyon manat, Qəbələ 6,4 milyon manat, Quba 5 milyon manat ödəməlidir.(Fins.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler