Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Beş ölke Ermenistana qarşı birleşdi – LAVAŞ İDDİASI

09 Temmuz 2016

10:36 am


09/07/2016 [14:29]: xeber –
Ermənistanın lavaşı “Ermənistanda lavaş” adı altında UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına saldırmasına Azərbaycan və daha 4 ölkə etiraz edib.Azərbaycan, Türkiyə, İran, Qırğızıstan və Qazaxıstan lavaşla bağlı birlikdə sənəd hazırlayaraq, UNESCO-ya təqdim edib.UNESCO-nun beş ölkənin hazırladığı “İncə Çörək Bişirmə və Paylaşma Mədəniyyəti: Lavaş, Katırma, Jupka, Yufka” adlı sənədlə əlaqədar qərar verəcəyi tarix də məlum olub. UNESCO 28 noyabr – 2 dekabr 2016-cı il tarixlərində Efiopiyada keçiriləcək Mədəni Miras 11-ci Hökumətlərarası Komitə Toplantısında məsələni müzakirəyə çıxararaq yekun qərar verəcək.Qeyd edək ki, bu, Ermənistanın lavaşla bağlı təşəbbüsünə ilk etiraz deyil. Ermənistan ilk dəfə UNESCO-ya lavaşın “Ermənistan çörəyi lavaş” adı altında Qeyri-Maddi Mədəni İrs Siyahısına salınması təşəbbüsü ilə çıxış edib. Türkiyə və Azərbaycanın etirazlarından sonra Ermənistan sənədin adını “Ermənistanda lavaş” olaraq dəyişdirib. Azərbaycan və digər 4 ölkənin hazırladığı birgə sənəddə isə lavaşın bu coğrafiyada yaşayan xalqların ortaq mədəni irsi olduğu vurğulanır.(apa)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler