Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Beş ildir itmiş arvadını axtarır   – Denizde

04 Ağustos 2016

7:32 am


04/08/2016 [11:29]: xeber –

Yaponiyada 2011-ci ildə baş verən, 15 min 828 nəfərinin həyatını itirməsinə səbəb olan zəlzələ
və sunami nəticəsində 3
min 760 nəfər də itkin
düşmüşdü. Aradan 5 il keçməsinə baxmayaraq itkin düşənlərin yaxınları arasında hələ də ümidini itirməyərək, sevdikləri
haqqında məlumat ala bilmək
üçün çalışanlar var. Eynilə 56 yaşlı Yasuo Takamatsu kimi.

Həyat
yoldaşının Onagava sahilində bir bankda çalışdığını deyən Takamatsu
9 bal gücündəki zəlzələdən
dərhal sonra qızını və həyat yoldaşını tapmağa çalışır. Yasuo
qısa müddət sonra qızının yaxşı olduğunu öyrənir, ancaq həyat yoldaşını tapa bilmir. Hadisədən sonra bir
axtarış-xilasetmə qrupundan dənizin
dibində üzmə dərsləri alan Takamatsu hadisədən sonra hər gün itkin düşmüş arvadını
axtarır. Ya hər gün eyni yerdən, bəzən də müxtəlif sahillərdən dənizin dibinə
dalır axtarış aparır.  

sayt
xarici mediaya istinadən xəbər verir ki, Yasuo bu müddətdə arvadı
Yuko ilə eyni bankda çalışan qızını itirmiş Masaaki Narita adlı bir şəxslə də əlaqə yaradıb. Narita
da qızını axtarmağa başlayıb.
Ümidlərini itirməyən bu iki şəxs fəlakətdən beş il keçməsinə
baxmayaraq hələ də dənizdəki
axtarışlarını davam
etdirirlər. Zəhra 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler