Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bes harda qaldı müselman qardaşlığınız?”

16 Eylül 2016

9:08 pm


17/09/2016 [01:04]: xeber –
İran İslam Respublikasında ermənilərin idman olimpiadası keçirilməsi və qondarma “Dağlıq Qarabağ Respublikası”nın nümayəndələrinin bu yarışlarda iştirak etməsi Azərbaycanda ciddi etirazla qarşılanmaqdadır. Bununla bağlı sayt – a acıqlama verən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirib ki, baş vermiş hadisə Azərbaycan cəmiyyətini haqlı olaraq olduqca hiddətləndirib: “Azərbaycan xalqı bu hadisəni qətiyyətlə pisləyir. Bütün siyasi təşkilatlar, vətəndaş cəmiyyəti institutları İranın bu addımına etirazını bildirirlər. Baş vermiş hadisəni təsadüf hesab etmirəm. Artıq hər kəsə bəllidir ki, düşmən Ermənistan dövlətini və separatşı rejimi hərbi baxımından Rusiya dəstəkləyirsə, iqtisadi və mənəvi baxımından müsəlman ölkəsi olan İran dəstəkləyir. Bu günə kimi İran Ermənistana milyonlarla dollar dəyərində ticari, iqtisadi, enerji və komunikasiya dəstəyi verib. Və bu dəstək bu gün də davam etməkdədir. Artıq İran rəsmiləri siyasi dəstək nümayiş etdirlər. Azərbaycan xalqı bütün bunları görür və birmənalı olaraq pisləyir. Bəs harda qaldı müsəlman qardaşlığı? İran molla rejiminnin ayətullaları bütün günü “din qardaşlığından” danışırlar, “müsəlman müsəlmanın qardaşıdır” deyirlər. Bir milyon müsəlmanın evini, yurdunu əlindən alan, məscidlərində donuz saxlayan, körpəsini, qocasını qətlə yetirən, 20 % torpağını işğal edən Ermənistana bu dərəcdə maddi və mənəvi dəstək verməkdən yorulmadınızmı? Hələ bir İranın Azərbaycandakı səfirliyindən bildirlər ki, İranda yaşayan ermənilərin idman olimpiadasının keçirilməsi daxili bir tədbirdir və dini azlıqlara hörmət əlaməti olaraq keçirilib. İranın ermənilərə olan hörməti sonsuzdur“.Niyaməddin Orduxanlının sözlərinə görə, Azərbaycan rəsmiləri, xüsusən də XİN baş vermiş hadisə ilə bağlı öz etirazını bildirməlidir: “Azərbaycan rəsmiləri hər zaman İran – Azərbaycan münasibətlərinin dost və səmimi şəkildə olması istiqamətində fəaliyyət göstərib. Azərbaycan birmənalı olaraq qonşuluq siyasətinə kölkə düşməməsini nümayiş etdirib. Ancaq bu gün susmamalıdılar. Ən azından XİN səviyyəsində etiraz edilməlidir. Və inanıram ki, İranda yaşayan 40 milyonluq Azərbaycan türkü də baş vermiş hadisəni sükutla qarşılamayacaq”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler