Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bes deyirdiniz “heç kim unudulmur, heç ne yaddan çıxmır!”

01 Ağustos 2016
ekindex
4:08 pm


01/08/2016 [20:07]: xeber –
Xalq qədər də aidiyyəti qurumlar, şəxslər laqeyd qalanda, ömrünü xalqının dərdlərini ifadə edən sözə bağlayan söz adamı unudulmağa başlayanda təəssüf yarasına açılan ilk şırımların göynərtisi ürpəşdiricidi. Və bu gün bu aqibəti yaşamağa başlamış İbrahim Rüstəmlinin nə yaşına önəm verirəm, nə də onun “Xalça” və “Qıfıl” kimi sanballı povest və hekayələrinə görə söz adamı olmağına. Mənim diqqətimi bu imzanın həyatının tam 20 ildən çoxunu Azərbaycan Ordusuna və bu Ordunun qəzetinə qurban verməsi çəkir. Çünki “Azərbaycan Ordusu” yaranan ilk gündən bu qəzetin qurucuları ilə bir sırada olan, bir addımlayan, bütün uğur və qələbələri bir-bir aktivinə yazan bir imza var hərbi jurnalistikamızda: İbrahim Rüstəmli.  Top-tüfənglə, rütbə ilə gələnlərin yalın əllə getdiyi bu sahədə sıravi müxbir kimi işə başlayıb karyerasını baş redaktor olaraq tamamlayıb! “Qüsursuz xidmətlərə görə” medalının hər üç dərəcəsinə layiq görülməklə. Və fərqlənən yeganə hərbi jurnalist olmaqla, eləcə də güc strukturlarında (2005-ci ildə) prezident sərəncamı ilə “əməkdar jurnalist” fəxri adı alan yeganə yazar kimi… Tam sərasər iyirmi üç il Azərbaycan Ordusunun – xalqın bağrından qopan gücün əsgər şərəfini ləyaqətlə qoruya bilib o. Həm düşmənlərlə vuruşub döyüş meydanının səngərindən, həm də çalışdığı redaksiyada tutduğu mövqedən. İbrahim Rüstəmli bəzən Azərbaycan Ordusunda özlərinə yer ala bilmiş bəd xislətli rəhbər kadrlarla da üz-üzə gəlib. Lakin tarixin məğlubedilməz sərkərdələri az olduğu kimi, 20 ildən çox mübarizənin sonunda… qələmini-silahını yerə qoyub – istefaya gedib! Kişi kimi! Özünün də, imzasının da, Ordu zabitinin də şərəf və ləyaqətini qorumaqla…  Bəli, məhz bu mənada İbrahim Rüstəmli yeganə jurnalistdi ki, düşmənlə vuruşmaq üçün sapı özümüzdən olan baltaların da arxadan zərbəsini dəf etməklə düşmən üstünə irəli atılıb. Azərbaycan Ordusunu təbliğ, Vətənə xidməti təşviq etməklə yanaşı, həm də düşmənin ən alovlu vətənpərvərlərinin də kimliyini qabarıq şəkildə ifadə edib, öz payına öz gücündən xaric güclə təkbaşına qələbəyə imza atıb!  İbrahim Rüstəmlinin düşmən ordunun və dövlətin, eləcə də düşmən xalqın ən sevimli, ən qəhrəman isimlərinə açdığı atəşi boşa atılmış güllə saymaq olmaz. Mətbuatla və konkret olaraq hərbi jurnalistika ilə maraqlananlar hələ bir iyirmi il də onun “Mənim Ali Baş Komandanım”, “Serj Sarkisyanın heç yerdə görmədiyiniz portreti”, “Qraçik Muradyana açıq məktub”, “Mənim erməni oğlum”, “Frans(u)a sindromu”, “Melik-Şahnazaryana açıq məktub”, “Təklənmiş qəhrəmanlıq”, “Bir şəhidin monoloqu” və digər bu tipli yazılarını unutmayacaqlar.  Yazılarıyla da daim ermənilərə qarşı döyüşən İbrahim Rüstəmlinin kürəyinə “Səfər Əbiyevin adamı” damğasını vuranlara, ünvanına min cür uydurmalar yazdıranlara nədən “Səfər Əbiyev Ermənistanın müdafiə naziriydi ki?” sualını verən olmadı, nədən! Bəlkə tabeliyində xidmət etdiyi nazirə qarşı əlinə qılınc alıb savaşa qalxmalıydı?!. Axı İbrahim Rüstəmli necə nazir Səfər Əbiyevin adamı oldu ki, gözünün ağı-qarası bircə oğlu döyüş bölgəsində, Murovda xidmət etdi. Axı İbrahim Rüstəmli necə nazir Səfər Əbiyevin adamı oldu ki, düz on üç il sərasər çiyinlərində “mayor” hərbi rütbəsi gəzdirdi…  İndi istefada olan İbrahim Rüstəmli zabit şərəfini qoruduğunu hər zaman nümayiş etdirib. Rəhim Qazıyevin dönəmindən ta Zakir Həsənova qədər…. Ən azından vaxtilə Səfər Əbiyevin adına ünvanladığı teleqramda – müraciətdə istefansının səbəbini birbaşa və açıq mətnlə vurğulayıb: Azərbaycan Ordusunun şərəf və ləyaqətini təhqiramiz davranışıyla ləkələyən bir generalın tabeliyində xidmət edə bilmərəm! Axı çox az sonra yeni nazir Zakir Həsənovun özü də apardığı kadr islahatlarıyla sübut etdi ki, Azərbaycan Ordusunun rəhbərliyində belə kadrlara yer ola bilməz!  Mən yazını məxsusi İbrahim Rüstəmli və “dahi rəhbər” ayaması ilə elə öz “kadrları” tərəfindən daim məsxərəyə qoyulan bir general arasındakı münasibətlərə kökləmirəm. Mən diqqəti Azərbaycan Ordusunun tam sabit və yeganə kadrına cəlb etmək istəyirəm. Dizi üstə cəbhə bölgəsindən reportajları, məqalələri, oçerkləri ilə xalqın döyüşə atılmalı gənclərinə vətənpərvərlik ruhu aşılayan İbrahim Rüstəmlinin hər gün döyüş əzminə balta çalınıb və o… Vətənə xidmət naminə dözüb! Qazancı nəydi ki? Yazırdı – başının üstündən, qulağının böyründən güllə vıyıldayırdı, ayağının altında mərmi partlayırdı, həyatını döyüşün qəfillikləri lərzəyə salırdı, amma bir daha… bir daha… bir daha döyüş bölgəsinə gedirdi! Yeyib-içmək də yox idi ki onda, deyəsən, hə. Azərbaycan Ordusunun bit-birəli günlərimi yadımızdan çıxıb? Döyüş bölgəsindən yazırdı, döyüşçüdən yazırdı, dövlətin gücündən, inamından yazırdı və qonorar alırdı! Qazancı aldığı qonorar və maaş qədər olan İbrahim Rüstəmlinin illərin o üzündə vətən sevgisinə görə itirdiyi sağlamlığı, cavanlığında görmədiyi günləri nə üçünmüş bəs? Bir “sağ ol”la – rəsmi təltiflərlə dəyərləndirilən, əvəzində yüzlərlə böhtan dolu yazılarla əsəbləri alınan bir zabitə bir əsgər salamını da qıymazlarmı? Həmişə eşitdiriblər də, yazdırıblar da: “heç kim unudulmur, heç nə yaddan çıxmır”. Amma və lakin… indi görünən budu ki, hərbi jurnalistikanın fədakar bir imzası beş-on təəssübkeşin yaddaşından silinməsə də, artıq ortada yoxdu, görməzlikdən gəlinir! Farağat! Diqqət mərkəzə! İbrahim Rüstəmli ölməyib e! Burdadı, Bakıda! Qısaca bildirirəm: “Unutsaq, unudularıq!”, “Heç kim unudulmur, heç nə yaddan çıxmır!” şüarının yalan çıxmağına baxmayın – o şüardı, mənim yazdıqlarım isə həyatın aksiomu!..Aznews.az


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler