Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bermud üçbucağının sirri açıldı – YENİ

25 Ekim 2016

7:56 am


25/10/2016 [11:46]: xeber –
Bermud və ya  Şeytan üçbucağının yerləşdiyi sahənin indiyədək anarmol səbəbinin, sirrinin üstü açılmamışdı.   sayt xarici mediaya istinadən xəbər verir ki, planetimizin ən böyük sirrlərindən biri hesab olunan bu Şeytan üçbucağının sirrinin üstü nəhayət ki, açılıb.  Bermud üçbucağını linza altına alan ABŞ-lı alimlər ölkənin Miami əyalətinin cənubunda yerləşən anormal bölgənin varlığına dair bir açıqlama ediblər. İngilis “Independent” qəzetində yer alan xəbərə görə, bu bölgədəki anormallığın səbəbi bölgənin üzərində “təyyarə bombası” təsiri yaradan altıbucaqlı buludlar. “Təyyarə bombası” təsiri yaradan bu buludlar okeana doğru düşən güclü hava axınlarına səbəb olur. Başqa sözlə, bu günə qədər baş verən bir çox qəza və itkilərin səbəbi bu ani hava dəyişiklikləri ola bilər.Qeyd edək ki, Bermud üçbucağı Atlantik okeanın şimalında Florida, Bermud adaları və Puerto Rikonu birləşdirən şərti xətlərin əhatə etdyi üçbucaq ərazidir. Təqribən yarım milyon kvadrat mil sahəni tutur. Bermud üçbucağı burada çoxlu itmiş obyektə görə sirli yer və anormal zona sayılır. Bu üçbucaqda bir çox təyyarə və gəmilərin qeybə çəkildiyi kimi bir inanc olduğu halda, Bermud üçbucağının bir amerikalı jurnalistin təxəyyülünün məhsulu olduğunu düşünənlər də az deyil. Bu haqda yazıçı və araşdırmaçılar tərəfindən şeytanın bölgəsi, Atlantik ölkəsinin qalıqları, pis fikirli insanların əks cazibə aparatlarını istifadə etməsi kimi bir çox nəzəriyyələr irəli sürülüb. Qəribə maqnit sahələri və okean dibinin qazla zəngin olması kimi düşüncələr bunların arasında ən çox işlədilən nəzəriyyələrdir. Bermud üçbucağı əfsanəsinin müasir tarixi 5 donanma təyyarəsinin böyük fırtına ilə qarşılaşaraq yoxa çıxması ilə başlayıb.Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler