Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bermud üçbucağı” üzerinde mason remzli buludlar – VİDEO

25 Ekim 2016

6:12 am


25/10/2016 [10:08]: xeber –
1950-ci illərdən bəri dünya elminin diqqət mərkəzində olsa da, bu günədək barəsində qəti bir söz deyilməyən Bermud üçbucağı ətrafında araşdırma və müzakirələr səngimir.  Bu günlərdə Amerika metereoloqları “təpələri” Florida yarımadası(ABŞ), Bermud adaları və Puerto-Riko üzərinə düşən bu anomal zonanın formalaşması haqda yeni, daha inandırıcı və maraqlı fərziyyə irəli sürüblər. sayt-ın “The independent” nəşrinə istinadla verdiyi xəbərə görə,  kosmosdan çəkilmiş peyk görüntülərinin analizi  göstərib ki, “Bermud üçbucağı” üzərində qəribə 6 bucaqlı buludlar formalaşır. Alimlərin fikrincə, həmin rombvari buludlar “aviabomba” rolunu oynayır. Okean üzərində partlayan bu “bombalar” aşağı doğru yönəlmiş nəhəng və güclü hava kütlələri yaradır. Beləliklə, hava və su dalğalarının qarşılıqlı təsiri sayəsində burulğanlı zonalar əmələ gəlir ki, buraya da gəmi və təyyarələr düşərək itə bilir…O da maraqlıdır ki,  altıbucaqlı  romb yəhudilərdə “Davud ulduzu” olmaqla masonların da əsas rəmzlərindən biri sayılır…Xatırladaq ki,  “Bermud üçbucağı”nda yüzlərlə təyyarə və gəminin izi-tozu qalmaqan itməsi barədə onlarla əfsənələr dolaşır. Bu anomal olayların həddindən artıq mürəkkəb hava şəraiti ucbatından yaranması ilə yanaşı, yadplanetlilərin təsiri ilə də izah edənlər var. Bəzi Qərb mənbələrində  hətta 1492-ci ildə Amerikaya səyahəti zamanı Xristofor Kolumbun da Bermud adaları yaxınlığından keçərkən kompasın öz funksiyasını itirməsi və okean üzərində qəribə alovlar görməsini xatırlaması da qeyd edilir.Sultan Laçın


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler