Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Berdedeki 14 uşaqlı aile haqqında yeni melumatlar üze çıxdı…

03 Kasım 2016

6:48 pm


03/11/2016 [22:45]: xeber –
Bu günlərdə saytımızda Bərdənin Cəyirli kəndində 14-cü övladının doğulduğu İsgəndərovlar ailəsinin müsəlman olmaması, “Yehovanın Şahidləri” adlı qeyri – ənənəvi bir cərəyana mənsub olması barədə oxucu məktubuna əsaslanan məlumat getmişdi. Yazıdan sonra redaksiyamızla əlaqə saxlayan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) əməkdaşları xəbərlə bağlı araşdırma apardıqlarını və sözügedən məlumatda qeyri-dəqiqlik olduğunu bildirdilər. Daha sonra sözügedən yazı ilə bağlı Komitəyə dəvət olunan əməkdaşımıza DQİDK-nin sədr müavini Səyavuş Heydərov ətraflı məlumat və geniş müsahibə verib. Komitə rəsmisi bildirib ki, qurumun Yevlaxdakı regional şöbəsinin əməkdaşları İsgəndərovlar ailəsinin dini mənsubiyyəti ilə maraqlanıblar. Araşdırmadan məlum olub ki, həmin ailə  “Yehovanın Şahidləri”nin yox,  qeyri-ənənəvi digər bir dini cərəyanın üzvüdür. Əslində İsgəndərovlar xristianlığın protestantlıq qoluna aid olan “Şərqdə ulduz”, yaxud “Əllincilər” adlanan məzhəbə mənsubdurlar. “Yehovanın Şahidləri”ndən fərqli olaraq 2002-ci ildə bu qurum DQİDK-də qeydiyyatdan keçib və ölkə ərazisində Azərbaycan qanunlarına uyğun fəaliyyət göstərir.  DQİDK-nin sədr müavini Səyavuş Heydərovun sayta geniş müsahibəsi ilə yaxın günlərdə tanış ola bilərsiniz.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler