Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Berdede zeherlenen 5 yaşlı uşaq öldü

07 Kasım 2016

4:20 pm


07/11/2016 [20:19]: xeber –
Bərdə rayonunda ev şəraitində hazırlanan pomidor turşusundan zəhərlənən azyaşlı Sübhan Məmmədov bu gün dünyasını dəyişib.    Bu barədə APA-ya Bərdə Mərkəzi Rayon Xəstəxanasından bildirilib. Məlumata görə, bir neçə gündür vəziyyətə ağır olaraq qalan 5 yaşlı Sübhan bir qədər əvvəl vəfat edib. Qeyd edək ki, hadisə bir həftə əvvəl Bərdə rayonunun Xan Ərəb kəndində qeydə alınıb. Ev şəraitində konservləşdirilmiş pomidor turşusundan zəhərlənən Könül Məmmədova, qızı Cəmalə, oğlu Pərviz Məmmədov və nəvələri 5 yaşlı Sübhan və 8 aylıq Cihan zəhərlənmə diaqnozu ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sonradan ailənin digər üzvlərinin vəziyyəti yaxşılaşsa da, 5 yaşlı Sübhanın durumu ağır olaraq qalırdı. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler