Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Benzin oğurlayan herbi hisse rehberliyine cinayet işi açılıb

31 Ağustos 2016

6:44 am


31/08/2016 [10:42]: xeber –
Ermənistanda “N” saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Rudik Qriqoryan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur. Məlumata görə, polkovnik-leytenant Rudik Qriqoryan öz müavini, mayor Levon Qabrielyana hərbi hissənin avtomobil nəqliyyatının balansında olan xərclərini gizlətmək üçün guya daha çox benzindən istifadə olunduğunu sənədləşmə işlərində qeyd etməyi tapşırıb. Nəticədə 3 mln. 962 min dram məbləğində benzin sənədlərə əsassız şəkildə yazılıb. Bundan başqa, hərbi hissəyə gətirilmiş quru süd və balıq konservlərinin də yoxa çıxması məlum olub. Rudik Qriqoryana qarşı Cinayət Məcəlləsinin 375-ci və 314-cü maddələrinin müvafiq bəndləri üzrə ittihamlar irəli sürülüb. Eyni iş üzrə adı keçən hərbi hissənin zabiti Makiç Adamyana da qarşı Cinayət Məcəlləsinin 314-ci və 375-ci maddələri üzrə ittihamlar irəli sürülüb. Hər üç şəxsdən başqa yerə getməmək haqqında iltizam alınıb və onlar məhkəməyə qədər sərbəst buraxılıblar. İş məhkəməyə göndərilib (report)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler