Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Belediyye sedrleri icra başçılarını bada verir – Akif Çovdarov işine göre…

02 Kasım 2016

10:08 am


02/11/2016 [14:04]: xeber –
Hazırda həbsdə olan sabiq
MTN generalı Akif Çovdarovun respublikanın bir çox bölgəsində hektarlarla
torpaq sahəsinə malik olması ilə bağlı ölkə mediasında kifayət qədər
informasiya yer alıb. Bu günlərdə məlum məsələ ilə bağlı sayt-a maraqlı
informasiya daxil olub. Özəl mənbədən verilən məlumata görə, A.Çovdarova dövlət
torpaqlarını peşkəş edən bəzi bələdiyyə sədrləri istintaqa cəlb olunub. İşin ən
maraqlı tərəfi isə bələdiyyə sədrlərinin elə ilk dindirmədən icra başçılarını
“xərcləməsi” olub.

Mənbənin sözlərinə görə, A.Çovdarova
verilən dövlət torpaqları ilə bağlı ifadə verən bələdiyyə sədrləri məsuliyyətdən
yayınmaq üçün bunu icra başçılarının göstərişi ilə etdiklərini bildirib. Onlar
qeyd ediblər ki, bələdiyyə sədrlərinin icra başçısının göstərişi olmadan bir
qarış yer belə kiməsə verə bilməz və bu həqiqət ölkədə hər kəsə bəllidir.
“Ağsaqqallar ver deyib, biz də vermişik” deyən bələdiyyə sədrləri bu ifadə ilə
icra başçılarının da məsuliyyətə cəlb edilməsi üçün hüquqi zəmin formalaşdırıb.

Mənbənin sözlərinə görə,
bu ifadələrin ardınca icra başçılarının istintaqa çağırılıb-çağırılmayacağı bəlli
deyil.

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler