Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bele getse biz regionda silahların yarışının şahidi olacağıq”

05 Ekim 2016

8:08 am


05/10/2016 [12:05]: xeber –
İsrail yaxın vaxtlarda Azərbaycana “Dəmir günbəz” raketdən müdafiə sistemini verəcək.Bu barədə Milli Məclisin deputatı Yevda Abramov mətbuata açıqlamasında məlumat verib. Deputatın sözlərinə görə, həmin silah sistemi Azərbaycana yola salınmaq üçün artıq hazırdır.“Bu raketdən müdafiə sistemi “İsgəndər” raketlərinin yerə düşməsinə imkan verməyəcək” – Yevda Abramov bildirib.   Maraqlıdır, Rusiya İsrailin bu addımına hər-hansısa formada cavab verəcəkmi? Politoloq Hikmət Hacızadə sayt -a açıqlamasında bildirdi ki, bütün bunlar çox təhlükəli məqamlardır:“Belə getsə biz regionda silahların yarışının şahidi olacağıq. Ruslar erməniləri silahlandıracaq, biz də onlara cavab olaraq başqa silahlar alacağıq. Beləcə davam edəcək. Sözsüz ki, bütün bunlar çox təhlükəli məqamdır.”


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler