Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bele deyerli genclerimizi tebliğ etmek lazımdır

27 Ağustos 2016

8:36 am


27/08/2016 [12:34]: xeber –
Gözəl dost Günay Ağayeva! Belə gənclərlə hər zaman fəxr edirəm. Gözləri görməsə də, Günay oxumaqdan vaz keçməyib. Dərslərini ailə üzvləri, yaxınları oxuyub diktafona yazıblar. Günay onları dinləyərək hazırlaşıb və təbii ki, ona dəstək verən Kamran bəy də daxil olmaqla gözəl müəlimlərinin dəstəyi ilə Pedaqoji Universiteti də oxuyub, magistraturanı da bitirib və müəllim işləmək üçün imtahan verib, 43 bal toplayıb. Gözləri görsə də univetsiteti zorla oxuyub bitirən, imtahanlardan bu qədər bal toplaya bilməyən yüzlərlə gənc müəlliməyə də ən gözəl örnəklərdən biridir Günay. O yüzlərlə fiziki imkanları məhdud gənclərimiz üçün ən gözəl örnəklərdən biridir. Evə qapılmamaq, mübarizə aparmaq, arzularının dalınca getmək və cəmiyyətdə bir çox tam fiziki sağlam insanlardan daha faydalı ola bilməyin gözəl örnəklərindən biridir Günay. Onun işlə təmin olunması ilə bağlı Təhsil Nazirimiz Mikayıl Cabbarovla danışdıq. Əlindən gələn dəstəyi göstərəcəyini dedi və biz gözləyirik. Çünki Günay kimi gənclərin işlə təmin olunması onları həyata daha möhkəm bağlamaqla yanaşı, minlərlə fiziki imkanları məhdud gənclərə də böyük bir stimul olar. Ümid edirəm ki, Təhsil Nazirliyimiz tarix müəllimi olan Günayın gənclərimizə tarixi gözəl tədris etməklə bağlı arzularının reallaşmasında dəstək olacaq. Günaya dəstək bu gün və sabah yüzlərlə belə gəncə böyük bir stimul deməkdir və biz Təhsil nazirliyimizdən də məhz bunu gözləyirik. Günayla bərabər onun fədakar anasını da təbrik edirəm. Günay savadlı olmaqla yanaşı, gözəl qəlbə sahib bir gənc balamızdır. Millidir, vətənpərvərdir. Cəmiyyətimizə faydalı olmaq üçün böyük xəyalları var. Və biz hamımız o xəyalların həyata keçməsində dəstək göstərməliyik. Uğurlar əziz Günay!Qənirə Paşayeva, millət vəkili


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler