Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bazar günü müşahide olunacaq hava proqnozu açıqlanıb

27 Ağustos 2016

11:04 am


27/08/2016 [15:03]: xeber –
Bakıda və Abşeron yarımadasında sabah hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən sayt -a verilən məlumata görə, yarımadada şimal-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 21-25 dərəcə isti, gündüz 31-36 dərəcə isti, Bakıda gecə 23-25 dərəcə isti, gündüz 33-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 35-40 % təşkil edəcək.Azərbaycanın rayonlarında avqustun 28-də hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 34-39 dərəcə, dağlarda gecə 15-20 dərəcə isti, gündüz 25-30 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacaq.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler