Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Baytarlıq bataqlığında Azer Süleymanov kabusu: qadını udub, naziri aldadan memur…

10 Kasım 2016

6:56 pm


10/11/2016 [22:55]: xeber –
Bir neçə gün ğncə Kənd Təsərrüfatı Nazirliyi
yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) haqda yazılar dərc etmişdik. Mövzu ilə bağlı apardığımız araşdırmalar
ilginc faktları üzə çıxarıb. Belə ki, cumhuriyyet.az olaraq mediada yer alan və
rəzmən təkzib olunmayan məlumatlarda Heydər Əsədovun rəhbərlik etdiyi
nazirliyin bir qurumunda çoxkambinasiyalı oyunlar qurulduğu, korrupsiya və
maliyyə maxinasiyalarının tüğyan etdiyi görülür. Bütün bu prosesə isə Dövlət
Baytarlıq Nəzarəti Xidmətinin rəisi Azər Süleymanov rəhbərlik edir.
Azər Süleymanov Baytarlıq Xidmətini necə ələ keçirdi: Nazir üçün
qurulan məzhəkə tamaşa
Bir neçə il əvvəl, hələ İsmət Abbasov dönəmində Dövlət Baytarlıq Xidmətinin o
zamankı rəisi İsmayıl Həsənov vəzifəsindən uzaqlaşdırılandan sonra hamı
düşünürdü ki, nəhayət, bu sistemdə işlər qaydasına düşəcək. Amma gözləntilər
özünü doğrultmadı. Bununla bağlı cumhuriyyet.az olaraq bildirək ki, İ.Həsənovun
yerinə Xanlar rayonunun Zurnabad kəndində Biokombinatın mudiri isləyən Siyalə
Rustəmova DBNX-inə rəis gətirildi. Ancaq yenə də DBNX-də milyonluq yeyintilər
və böyük mübarizələr davam etdi. Ona görə ki, həm Dövlət Xidmətində, həm də
paytaxt Bakıda kifayət qədər savadlı, təcrübəli mütəxəssislər və alimlər
ola-ola nə üçün ucqar rayonda kombinat müdiri işləyən xanıma belə yüksək vəzifə
verilməsi çoxlarında qıcıq yaratdı. Heydər Əsədov Kənd Təsərrüfatı naziri
vəzifəsinə gətirildikdən sonra, o da DBNX-də qayda yaratmağa qalxdı. Amma
Heydər Əsədovun da təyinatı hamını təəssüö içində buraxdı. Ucqar Zurnabad
kəndində kiçik bir idarənin müdiri olaraq çalışan Siyalə Rüstəmovanı vəzifədən
alan Heydər Əsədov onun yerinə yenə Xanlar rayonundan yeni kadr seçdi. Belə ki,
nazir Xanlar rayn Baytarlıq İdarəsinin rəisi Azər Süleymanovu DBNX-inə
müvəqqəti rəis təyin etdi.

Siyalə Rüstəmovanı isə
Sumqayıt səhər Baytarlıq İdarəsinə rəis göndərdi. Sentyabr ayının 14-də, yəni
təqribən bir ay əvvəl isə Kənd Təsərrüfatı Nazirliyində Sumqayıt şəhər
Baytarlıq İdarəsi tərəfindən yol verilmiş nöqsanlar, o cümlədən Qurban bayramı
günlərində heyvan kəsimi ilə bağlı idarənin fəaliyyətiilə dair daxil olmuş
şikayətlərlə əlaqədar keçirilən kollegiya iclasında nazir Siaylə Rüstəmovanı
işdən azad etdi.

Kadr dəyişdi, rüşvəttoplama isə qalır

Nazir Heydər Əsədovun S.Rüstəmovanı işdən azad etməsi hamı üçün sürpriz oldu. Amma DBNX-nin müvəqqəti rəisi Azər Süleymanov
və ona yaxın olan bəzi şəxslər üçün bu qərar heç də gözlənilməz olmadı. Çünki
Siaylə Rüstəmova haqqında qərar verilməmişdən əvvəl Azər Süleymanovun adamları
Sumqaytda videoçəkiliş aparmış və həmin video Heydər Əsədova təqdim olunmuşdu.
Bu haqda məlumatlı mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, sözügedən
videoçəkilişdən sonra nazirin kabinetində faciə-məzhəkə tamaşası oynanılmışdı.
Faciə-məzhəkənin baş rejissoru isə Azər Süleymanov olmuşdu. Əslində xanım
həmkarına qarşı oyun quran və nəticə etibarı ilə öz nazirini bu oyununda alət
edən A.Süleymanov durumu dəyişmədi. Əksinə onun oyununun əsas nüvəsi olan
Sumqayıtdan daha sərt və siyasi mahiyyət kəsb edən zərbə gəldi.

Söhbət referendum günü Sumqayıtdakı şadlıq
evlərindən yoxlama adı ilə pulyığma əməliyyatından gedir. Belə ki, ümumxalq səsverməsi günü Kənd
Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sentyabrın
1-dən məzuniyyətdə olan terapevt-baytar həkimi Qalib Süleymanov biabırçılığa
imza atıb. O, şəhərdə fəaliyyət göstərən “Tural” şadlıq evinə gələrək Tərlanın
(şadlıq evinin müdiri) işdə olmasını soruşub. Sonra mətbəxdə işçilərin
qarşısında bir baş doğranmış quzu cəmdəyinin sənədi olmadığı üçün pul istəyib.
Ona verilən 20 manata qalığı qaytarmağa xırda pulu olmadığını deyib.
Q.Süleymanov 10 manatla razılaşmayıb, 15 manat tələb edibmiş. Rəzalətdir! Ən
qəribəsi də budur ki, Qalib həkimin hansı ekspertiza işlərini yerinə yetirdiyi
məlum deyil. Görünür, Sumqayıt şəhər Baytarlıq İdarəsi rəisinin
səlahiyyətlərini müvəqqəti icra edən Elman Aslanov məzuniyyətdə olan Qalib
həkimə “get daşdan pul çıxar” əmrini veribmiş. E.Aslanov vəzifəni əlinə keçirən
kimi “qaz vurub, qazan doldurmaq” sevdasına düşüb. Özü də referendum günü
başlayıb.

Kimlər gəldi, kimlər getdi: əsl günahkar isə…

Beləliklə ortada olan
durum, nazirin bütün ciddi cəhdlərinə rəğmən Baytarlıq xidmətində rüşvət və
korrupsiyanın qarşısının alınmadığını göstərir. Nazirliyin bu sahəsi üzrə
aparılan kadr siyasəti ilə bağlı cumhuriyyetə danışan məlumatlı mənbə əsl
hədəfin cəzadan kənarda qaldığını bildirir: “İşdə ciddi nöqsanlara yol
verdiklərinə və işlərini günün tələbləri səviyyəsində qura bilmədiklərinə görə
2 saylı BSEL-in müdiri Mehri Əliyeva, 6 saylı BSEL-in müdiri Gülnarə Sadıqova,
20 saylı BSEL müdiri Nüşabə Abdullayeva tutduqları vəzifədən azad edilmişdir.
Bundan başqa, 9 saylı BSEL-in müdiri Almaz Bağırova, 10 saylı BSEL-in müdiri
Canbaxış Vəliyevə, 17 saylı BSEL-in müdiri Saleh Arazova axırıncı xəbərdarlıq
olmaqla şiddətli töhmət; 18 saylı BSEL-in müdiri Əlixan İbrahimova, 23 saylı
BSEL-in müdiri Yusif İbrahimova, 24 saylı BSEL-in müdiri Süleyman Əhmədova, 5
saylı BSEL-in müdiri Ramazan Eminova töhmət verilmiş, 8 saylı BSEL-in müdiri
Ramiz Əsgərova, 13 saylı BSEL-in müdiri Əbülfət Əsədova xəbərdarlıq edilmişdir.
Halbuki birinci şiddətli töhmət rəis əvəzi Azər Süleymanovun özünə verilməli
idi… Onun bazarlardakı işçilərinin dilindən deyilənləri eşidəndə təəssüflənməli
olmuşam. Bütün bunları yoxlamaq üçün bir fermeri pilot layihəyə cəlb edin,
Bakıya ət gətirsin. Görün onun başına nə oyun açılacaq, baytar həkimlər nə
hoqqadan çıxacaq…”

Baş baytarın “ət şousu”: baş rolda qohumlar və
tələbəlik dostları

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis əvəzi Azər Süleymanovun növbəti
gedişlərindən biri də Respublikanın rayon və şəhərlərindən Bakı şəhərinə
satılmaq üçün gətirilən heyvan cəmdəkləri ilə bağlı yaratdığı “ƏT şosudur”. Son zamanlarda efirlərin daimi müştərisinə
çevrilən A. Süleymanov Bakıya gətirilən heyvan ətlərinin güya insan qidasına
yaramadığını aşkar edərək qarşısını almışam “şousu” ilə sahibkarlara küllü
miqdar zərər vurmuşdur.  Azər müəllim müntəzəm olaraq “at əti aşkar etmişəm”
çıxışı ilə xof yaradır. Lakin bunla bağlı cumhuriyyet.az olaraq
mütəxəssislərdən aldığımız rəydə bildirilir ki, əsasən at əti ilə bağlı əhali
arasında çaşqınlıq yaratmaq düzgün istiqamət deyil. Belə ki, at əti də digər
kəsilməsinə göstəriş olan heyvanlar kimi qida zəncirinə daxil edilir və at
ətindən kəsimində tələb edilən qaydalara əməl etməklə istifadə edilə bilər. (At
ətinin baytarlıq –sanitariya ekspertizası).
Sahibkarlara məxsus ətləri yararsız hesab etmək üçün laboratoriyadan istənilən
rəyin alınması Azər müəllimin bu “şousunda” vacib şərtlərdəndir. Belə ki,
cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, məqsədinə çatmaq üçün
A.Süleymanov dayısı oğlu Elşad Rzayevi və tələbə yoldaşı Mübariz Nəbiyevi
tabeliyində olan Respublika Baytarlıq Laboratoriyasında mühüm vəzifələrə
yerləşdirmişdir. Dəmir Yolunda Baytarlıq Nəzarəti İdarəsinə yeni təyin etdiyi
tələbə yoldaşı Kamran müəllim isə evində şirniyyat hazırladaraq Xidmətin
yeməkxanasında satdırmaqla və hər gün yeməkxanada bu biznesinə nəzarət etməklə
fəaliyyətini elə Xidmətin yeməkxanasında yerinə yetirir.Azər məllim Xidmətə rəs
əvəzi gələn kimi öz adamlarının hesabına korrubsiya şəbəkəsi yaratmqaq üçün
Müfəttişlik sektorunun müdiri Tofiq Atazadəyə şər atmaqla təyziq altında işdən
çıxması haqqında ərizəsini aldı. Onun yerinə isə rayon səviyyəli, dövlət
qulluqçusu olmyan Aydın Hüseynovu qanunsuz olaraq dövlət qulluğuna vəzifəyə
gətirdi. Ramiz Salmanov da öz sözünüdeyən, qanunsuzluqlarla barışmağı və
yaltaqlığı bacarmadığı üçün ərizəsini aldı. Eldəniz Zeynalov kimi təcrübəli,
baytarlıq sahəsində püxtələşmiş mütəxxəssisə torba tikərək ştatının ixtisara
düşməsinə nail oldu. Apşeron Rayon Baytarlıq İdarəsinin sabiq rəisi, peşəkar
baytarlıq mütəxəssisi Səmədov Fəxrəddin yenədə cənab Azər Süleymanovun “Rüşvət
şəbəkəsində” iştirak etmək “bacarığı” olmadığı üçün vəzifədən kənarlaşdırıldı.
Burada məqsəd birdir Azər müəllimim “çaldığı müsiqiyə” mütləq rəqs etmək.
torbaları tikilərək İşdən azad olan mütəxəssislərlə yeni təyin edilmiş kadrlar
arasında müqayisə edlməyəcək dərəcədə fərq vardır.

 

***

 

Məsələyə dair rəis
əvəzi A.Süleymanovun da mövqeyini öyrənməyə çalışdıq… Təəssüflər olsun ki, onun
562-76-13 iş telefonu zənglərimizə cavab vermədi… Mövzunu diqqətdə
saxlayacağıq…

 

Cumhuriyyet.az

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler