Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Baytarlıq bataqlığında Azer Süleymanov kabusu: qadını udub, naziri aldadan memur

03 Kasım 2016

10:12 am


03/11/2016 [14:10]: xeber –
Bir neçə gün öncə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti
Xidməti (DBNX) haqda yazılar dərc etmişdik. Mövzu
ilə bağlı apardığımız araşdırmalar ilginc faktları üzə çıxarıb. Belə ki,
cumhuriyyet.az olaraq mediada yer alan və rəsmən təkzib olunmayan məlumatlarda Heydər Əsədovun rəhbərlik
etdiyi nazirliyin bir qurumunda çoxkombinasiyalı oyunlar qurulduğu, korrupsiya və maliyyə
maxinasiyalarının tüğyan etdiyi görülür. Bütün bu prosesə isə Dövlət Baytarlıq
Nəzarəti Xidmətinin rəisi Azər Süleymanov rəhbərlik edir.

Azər Süleymanov Baytarlıq Xidmətini
necə ələ keçirdi: Nazir üçün qurulan məzhəkə tamaşa

Bir neçə il əvvəl, hələ İsmət Abbasov dönəmində Dövlət Baytarlıq Xidmətinin o
zamankı rəisi İsmayıl Həsənov vəzifəsindən uzaqlaşdırılandan sonra hamı düşünürdü
ki, nəhayət, bu sistemdə işlər qaydasına düşəcək. Amma gözləntilər özünü doğrultmadı.
Bununla bağlı cumhuriyyet.az olaraq bildirək ki, İ.Həsənovun yerinə Xanlar
rayonunun Zurnabad kəndində Biokombinatın mudiri isləyən Siyalə Rustəmova
DBNX-inə rəis gətirildi. Ancaq yenə də DBNX-də milyonluq yeyintilər və böyük mübarizələr
davam etdi. Ona görə ki, həm Dövlət Xidmətində, həm də paytaxt Bakıda kifayət qədər
savadlı, təcrübəli mütəxəssislər və alimlər ola-ola nə üçün ucqar rayonda
kombinat müdiri işləyən xanıma belə yüksək vəzifə verilməsi çoxlarında qıcıq
yaratdı. Heydər Əsədov Kənd Təsərrüfatı naziri vəzifəsinə gətirildikdən sonra,
o da DBNX-də qayda yaratmağa qalxdı. Amma Heydər Əsədovun da təyinatı hamını təəssüf içində buraxdı. Ucqar Zurnabad kəndində kiçik bir
idarənin müdiri olaraq çalışan Siyalə Rüstəmovanı vəzifədən alan Heydər Əsədov
onun yerinə yenə Xanlar rayonundan yeni kadr seçdi. Belə ki, nazir Xanlar rayon Baytarlıq İdarəsinin rəisi Azər Süleymanovu DBNX-inə
müvəqqəti rəis təyin etdi.

Siyalə Rüstəmovanı isə Sumqayıt səhər Baytarlıq İdarəsinə rəis göndərdi. Sentyabr ayının 14-də, yəni təqribən bir ay əvvəl isə
Kənd Təsərrüfatı Nazirliyində Sumqayıt şəhər Baytarlıq İdarəsi tərəfindən yol
verilmiş nöqsanlar, o cümlədən Qurban bayramı günlərində heyvan kəsimi ilə bağlı
idarənin fəaliyyətiilə dair daxil olmuş şikayətlərlə əlaqədar keçirilən kollegiya
iclasında nazir Siaylə Rüstəmovanı işdən azad etdi.

Kadr dəyişdi, rüşvəttoplama isə
qalır

Nazir Heydər Əsədovun S.Rüstəmovanı işdən azad etməsi hamı üçün sürpriz oldu.
Amma DBNX-nin müvəqqəti rəisi Azər Süleymanov və ona yaxın olan bəzi şəxslər üçün
bu qərar heç də gözlənilməz olmadı. Çünki Siaylə Rüstəmova haqqında qərar
verilməmişdən əvvəl Azər Süleymanovun adamları Sumqaytda videoçəkiliş aparmış və
həmin video Heydər Əsədova təqdim olunmuşdu. Bu haqda məlumatlı mənbənin
cumhuriyyet.az-a bildirdiyinə görə, sözügedən videoçəkilişdən sonra nazirin
kabinetində faciə-məzhəkə tamaşası oynanılmışdı. Faciə-məzhəkənin baş rejissoru
isə Azər Süleymanov olmuşdu. Əslində xanım həmkarına qarşı oyun quran və nəticə
etibarı ilə öz nazirini bu oyununda alət edən A.Süleymanov durumu dəyişmədi. Əksinə
onun oyununun əsas nüvəsi olan Sumqayıtdan daha sərt və siyasi mahiyyət kəsb edən
zərbə gəldi.

Söhbət referendum günü Sumqayıtdakı şadlıq
evlərindən yoxlama adı ilə pulyığma əməliyyatından gedir. Belə ki, ümumxalq səsverməsi
günü Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin
sentyabrın 1-dən məzuniyyətdə olan terapevt-baytar həkimi Qalib Süleymanov biabırçılığa
imza atıb. O, şəhərdə fəaliyyət göstərən “Tural” şadlıq evinə gələrək Tərlanın
(şadlıq evinin müdiri) işdə olmasını soruşub. Sonra mətbəxdə işçilərin qarşısında
bir baş doğranmış quzu cəmdəyinin sənədi olmadığı üçün pul istəyib. Ona verilən
20 manata qalığı qaytarmağa xırda pulu olmadığını deyib. Q.Süleymanov 10
manatla razılaşmayıb, 15 manat tələb edibmiş. Rəzalətdir! Ən qəribəsi də budur
ki, Qalib həkimin hansı ekspertiza işlərini yerinə yetirdiyi məlum deyil. Görünür,
Sumqayıt şəhər Baytarlıq İdarəsi rəisinin səlahiyyətlərini müvəqqəti icra edən
Elman Aslanov məzuniyyətdə olan Qalib həkimə “get daşdan pul çıxar” əmrini
veribmiş. E.Aslanov vəzifəni əlinə keçirən kimi “qaz vurub, qazan doldurmaq”
sevdasına düşüb. Özü də referendum günü başlayıb.

Kimlər gəldi, kimlər getdi: əsl
günahkar isə…

Beləliklə ortada olan durum, nazirin bütün ciddi cəhdlərinə rəğmən Baytarlıq
xidmətində rüşvət və korrupsiyanın qarşısının alınmadığını göstərir. Nazirliyin
bu sahəsi üzrə aparılan kadr siyasəti ilə bağlı cumhuriyyetə danışan məlumatlı
mənbə əsl hədəfin cəzadan kənarda qaldığını bildirir: “İşdə ciddi nöqsanlara
yol verdiklərinə və işlərini günün tələbləri səviyyəsində qura bilmədiklərinə görə
2 saylı BSEL-in müdiri Mehri Əliyeva, 6 saylı BSEL-in müdiri Gülnarə Sadıqova,
20 saylı BSEL müdiri Nüşabə Abdullayeva tutduqları vəzifədən azad edilmişdir.
Bundan başqa, 9 saylı BSEL-in müdiri Almaz Bağırova, 10 saylı BSEL-in müdiri
Canbaxış Vəliyevə, 17 saylı BSEL-in müdiri Saleh Arazova axırıncı xəbərdarlıq
olmaqla şiddətli töhmət; 18 saylı BSEL-in müdiri Əlixan İbrahimova, 23 saylı
BSEL-in müdiri Yusif İbrahimova, 24 saylı BSEL-in müdiri Süleyman Əhmədova, 5
saylı BSEL-in müdiri Ramazan Eminova töhmət verilmiş, 8 saylı BSEL-in müdiri
Ramiz Əsgərova, 13 saylı BSEL-in müdiri Əbülfət Əsədova xəbərdarlıq edilmişdir.
Halbuki birinci şiddətli töhmət rəis əvəzi Azər Süleymanovun özünə verilməli
idi… Onun bazarlardakı işçilərinin dilindən deyilənləri eşidəndə təəssüflənməli
olmuşam. Bütün bunları yoxlamaq üçün bir fermeri pilot layihəyə cəlb edin, Bakıya
ət gətirsin. Görün onun başına nə oyun açılacaq, baytar həkimlər nə hoqqadan
çıxacaq…”

Baş baytarın “ət şousu”: baş
rolda qohumlar və tələbəlik dostları

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis əvəzi Azər Süleymanovun növbəti gedişlərindən
biri də Respublikanın rayon və şəhərlərindən Bakı şəhərinə satılmaq üçün gətirilən
heyvan cəmdəkləri ilə bağlı yaratdığı “ƏT şousdur”. Son zamanlarda efirlərin daimi müştərisinə çevrilən A.
Süleymanov Bakıya gətirilən heyvan ətlərinin güya insan qidasına yaramadığını aşkar
edərək qarşısını almışam “şousu” ilə sahibkarlara küllü miqdar zərər vurmuşdur. 
Azər müəllim müntəzəm olaraq “at əti aşkar etmişəm” çıxışı ilə xof yaradır.
Lakin bunla bağlı cumhuriyyet.az olaraq mütəxəssislərdən aldığımız rəydə
bildirilir ki, əsasən at əti ilə bağlı əhali arasında çaşqınlıq yaratmaq düzgün
istiqamət deyil. Belə ki, at əti də digər kəsilməsinə göstəriş olan heyvanlar
kimi qida zəncirinə daxil edilir və at ətindən kəsimində tələb edilən qaydalara
əməl etməklə istifadə edilə bilər. (At ətinin baytarlıq –sanitariya ekspertizası).
Sahibkarlara məxsus ətləri yararsız hesab etmək üçün laboratoriyadan istənilən
rəyin alınması Azər müəllimin bu “şousunda” vacib şərtlərdəndir. Belə ki,
cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, məqsədinə çatmaq üçün
A.Süleymanov dayısı oğlu Elşad Rzayevi və tələbə yoldaşı Mübariz Nəbiyevi
tabeliyində olan Respublika Baytarlıq Laboratoriyasında mühüm vəzifələrə yerləşdirmişdir.
Dəmir Yolunda Baytarlıq Nəzarəti İdarəsinə yeni təyin etdiyi tələbə yoldaşı
Kamran müəllim isə evində şirniyyat hazırladaraq Xidmətin yeməkxanasında satdırmaqla
və hər gün yeməkxanada bu biznesinə nəzarət etməklə fəaliyyətini elə Xidmətin
yeməkxanasında yerinə yetirir.Azər məllim Xidmətə rəs əvəzi gələn kimi öz
adamlarının hesabına korrubsiya şəbəkəsi yaratmqaq üçün Müfəttişlik sektorunun
müdiri Tofiq Atazadəyə şər atmaqla təyziq altında işdən çıxması haqqında ərizəsini
aldı. Onun yerinə isə rayon səviyyəli, dövlət qulluqçusu olmyan Aydın Hüseynovu
qanunsuz olaraq dövlət qulluğuna vəzifəyə gətirdi. Ramiz Salmanov da öz sözünü deyən, qanunsuzluqlarla barışmağı və yaltaqlığı
bacarmadığı üçün ərizəsini aldı. Eldəniz Zeynalov kimi təcrübəli, baytarlıq sahəsində
püxtələşmiş mütəxxəssisə torba tikərək ştatının ixtisara düşməsinə nail oldu. Abşeron Rayon Baytarlıq İdarəsinin sabiq rəisi, peşəkar
baytarlıq mütəxəssisi Səmədov Fəxrəddin yenədə cənab Azər Süleymanovun “Rüşvət şəbəkəsində”
iştirak etmək “bacarığı” olmadığı üçün vəzifədən kənarlaşdırıldı. Burada məqsəd
birdir Azər müəllimim “çaldığı müsiqiyə” mütləq rəqs etmək. torbaları tikilərək
İşdən azad olan mütəxəssislərlə yeni təyin edilmiş kadrlar arasında müqayisə
edlməyəcək dərəcədə fərq vardır.

***

Məsələyə dair rəis əvəzi A.Süleymanovun
da mövqeyini öyrənməyə çalışdıq… Təəssüflər olsun ki, onun 562-76-13 iş
telefonu zənglərimizə cavab vermədi… Mövzunu diqqətdə saxlayacağıq…

 

Cumhuriyyet.az

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler