Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bayraqdarın qelebesi, növbeti fiaskomuz -Rio olimpiadasının 3-cü günü

08 Ağustos 2016

8:40 am


08/08/2016 [12:38]: xeber –
Bu gün Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarının dördüncü günü start götürüb.sayt xəbər verir ki, dünən-yarışların üçüncü günündə Azərbaycanın  4  idmançısı mübarizəyə qoşulub. Çox təəssüflər olsun ki, cüdoda əsas medal ümidlərindən olan,  66 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Nicat Şıxəlizadə ikinci döyüşündəcə mübarizəni dayandırıb. Nicat Şıxəlizadə 1/16 finalda ispaniyalı Suqoy Uriarteni məğlub etsə də,  növbəti mərhələdə italiyalı Fabio Bazileyə  ipponla məğlub olub. Yığmanın digər üzvü  kanoe-slalomçu Yure Meqliç 1 nəfərlik kayak qayığı ilə seçmə mərhələdə debüt edib. İdmançımız yarımfinal mərhələsinə vəsiqə qazanan 15 atletdən biri olub. Qadın velosipedçimiz Yelena Pavluxina isə 68 yarışçı arasında yalnız 35-ci yeri tutub. Azərbaycan yığmasının bayraqdarı boksçu Teymur Məmmədov isə ona olan gözləntiləri doğruldub. 81 kq çəki dərəcəsində  mübarizə aparan boksçu 1/16 finalda ukraynalı Denis Solonenkonu çətunlik çəkmədən məğlub edib.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler