Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bayraq haqqındakı meşhur şeirde hansı misra tehrif olunur?

09 Kasım 2016

12:04 pm


09/11/2016 [16:02]: xeber –
Söz sənəti hər zaman xalqın və
dövlətin milli sərvəti olubdur. Dövlətin varlığını əks etdirən onun bir neçə
əsas rəmzlərindən, nişanlarından biri bayraq olduğu kimi, bayraq haqqında
yazılan şeirlər də bu anlamda böyük diqqətə layiqdir. Milli sərvət olaraq,
Ramiz Qusarçaylının qələmə aldığı “Azərbaycan bayrağı” şeirinə dövlətin və
xalqın sahib çıxması təqdirəlayiq haldır. Bu şeirin uğur qazanması, sanki,
Dövlət himnimizlə paralel bir statusda populyarlıq qazanması onun ciddi
sənətkarlıq keyfiyyətləri ilə bağlıdır. Bu vaxtacan Azərbaycan bayrağına həsr
olunmuş şeirlərin heç biri bədii keyfiyyətcə bu qədər uğur əldə edə
bilməmişdir. Şeir beş bənddən, hər bəndi on dörd hecalı dörd misradan və
üstəgəl “Azərbaycan bayrağı” nəqarətindən ibarətdir. Bədii mətn üçün simvolika
vacib xüsusiyyət daşıyır. Buradakı beş bəndlilik beş qitəni, milli
ədəbiyyatımızın kökünə dayanan beşlik (“Xəmsə”) anlayışını, beş vaxt namazı,
uzun illər xalqın yaddaşında ən yuxarı dəyər ölçüsünü, “əla”nı və s. səciyyə
edən bir məfhum kimi izah oluna bilər. Şeirin misrasının on dörd heca təşkil
etməsi yeddi hecalıq “Azərbaycan bayrağı” söz birləşməsindəki ölçünün iki misli
kimi dəyərləndirilməlidir. Mətnin ahəngdar səslənməsi üçün bu bölgünün də rolu
vardır. On dördlük fikrin ləngərli, ahəngdar, monoton səslənməsini təmin edən
bölgüdür.Şeir boyu Bayrağın başımızın üstündə,
yəni ucada dalğalandığını müşahidə edirik. Bunun üçün yüksəklik təsəvvürü
canlı, görüntülü şəkildə canlandırılır. Savalan və Şah dağı, göylər metaforu bu
ideyanın mükəmməl elementləri kimi götürülməlidir. Ay və ulduz nəqşinin
mələklərlə bağlantısı, bayrağın and və iman yeri kimi mənalandırılması yaşıl
rəngin, yəni islamiyyətin diqqətə alınması ilə bağlıdır. “Sən ey istiqlalımın əbədiyyət
sancağı” ifadəsində “sancaq”
həm də türkçülüyə işarədir. Türklər bayrağa sancaq da deyirlər. Sancaq iki
mənada yozulmalıdır. İstiqlalımızın əbədi olaraq sancaq vasitəsilə tikilməsi,
bərkidilməsi anlamını da qəbul etmək çətin deyildir. Şeirdə ölkənin
müstəqilliyi, xalqın azadlıq eşqi Ana dilimizin bütün incəlikləri ilə,
frazeoloji imkanları ilə tərənnüm edilir. Əli bəy Hüseynzadə və Cəlil
Məmmədquluzadədən üzü bu yana çoxqatlı istiqlal publisistikasının əsas
tezisləri bayraq şeirindəki bir neçə bənddə poetik biçimdə ümumiləşdirilibdir. Bayraq
bütövlük rəmzi kimi vəsf edilir. Üçrənglilik göy qurşağı ilə motivasiya edilir.
Şeir ümumi halda cazibədar gül buketinə bənzəyir. Şair çox ağır siyasi bir
mövzuya parlaq bədii don geyindirməyi də bacarıbdır. Tək-tək nitq səslərindən
başlayan poetizm söz-söz, misra-misra, bənd-bənd bütün mətni bürüyür. Mətnin
düşməndən, yağıdan söz gedən yeri kar samitlərdən, mübarizə və kədər ifadə edən
misralar cingiltili samitlərdən təşkil olunubdur. Epitetlər, bənzətmələr
olduqca dəqiq və məcazidir. Məsələn, Dərbəndlə bağlı düşüncələr “Dərbəndin dərd hıçqıran sükutuna
bələndim” şəklində, Göyçə “Çəni ağlar Göyçənin buluduna
bələndim” formatında nəzərə
çatdırılır. Araz və Samur aforizmi insan ümidi ilə assosiasiya olunur. Xalq
təfəkküründə nisgilini, arzu və istəyini suya danışmaq inancı vardır. Həm də
sərhədlərin yozumu və yorumu Araz və Samurla bağlıdır. Ərazi bütövlüyünə aparan
yolların bu çayların adları ilə simvolikasının uzun bir tarixi
vardır.         Bayrağın
müqəddəsliyi duyğusu, hissi şeir boyu yaşanır. Son misralarda lirik akkordun
Şuşa torpağı ilə təqdimatı ictimai məzmunu, vətənpərvərlik anlayışını və
vətəndaşlıq borcunu uyğun məqamda əks etdirir. Azad yaşamaq və insanın
qol-qanad açıb, sərhədləri adlaması, özgürlük arzularının daha əyani olaraq
vəsfi bayrağın quş qanadı ilə bənzəyişi hissiyyatının qabardılması yolu ilə
improvizə edilir. “Şuşada sən
qonduğun daşa pir deyəcəyəm” qənaəti
Şuşanın təbii görkəmini yada salır və həmin müqəddəs torpaq dərdlərə şəfa ola
biləcək tutiya ilə müqayisə edilir.  Ramiz
Qusarçaylının şeirinə nəzirələrin yazılmasını da onun mükəmməlliyini,
orijinallığını təsdiq edən fakt kimi qeyd etmək lazım gəlir.  Yeri gəlmişkən, bir məsələni də qeyd etməliyik ki,
şeirin ifası zamanı bəzi hallarda çox poetik “Dalğalı
ləngərlərin yelpiklənən yarpağı” misrasında
təhrifə yol verilir. Klipi hazırlayan qurumların bu baxımdan daha diqqətli
olmağı vacibdir. Zakir
Məmməd

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler