Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bayram Seferov Qarabağ ermenilerinin xasiyyetini bilir – “Barışıq olacaq…”

21 Ekim 2016

9:40 am


21/10/2016 [13:39]: xeber –
“Əksər vaxtlarda ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıya gələndə Dağlıq Qarabağ icması ilə görüşlər olur. Bu dəfə də gələndə əgər vaxtları olsa, yəqin ki, onlarla görüş olacaq. Ancaq hələlik bu barədə dəqiq məlumat yoxdur”.sayt xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri Bayram Səfərov deyib.O, Azərbaycan və erməni icmaları arasında görüşün mümkün olub-olmamasından da danışıb: “Erməni icması Azərbaycan tərəfi ilə necə görüşə bilər? Bugünkü Ermənistan hakimiyyəti ziyalı ermənilərin Azərbaycan əhalisi və hakimiyyəti ilə görüşməsinin qəti əleyhinədir. Çünki Ermənistan rəhbərliyi cinayətkar olduğundan məhkəmə qarşısında cavab verməlidirlər. Ermənilər Azərbaycan əhalisi ilə görüşəndə qısa müddətə barışıq olacaq. Şuşada yaşamış biri olaraq Qarabağ ermənilərinin xasiyyətini bilirəm. Onlar iki əsr bizimlə yaşayıblar və bizdən ayrı qalmaq fikirləri yoxdur”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler